XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Gürcüstandan 13 Azərbaycan vətəndaşı deportasiya edilib

Gürcüstandan 13 Azərbaycan vətəndaşı deportasiya edilib

Gürcüstandan 13 Azərbaycan vətəndaşı deportasiya edilib
27-04-2023, 19:00

2023-cü ilin yanvar-mart ayları ərzində Gürcüstandan 13 Azərbaycan vətəndaşı deportasiya edilib.

Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, deportasiya edilən Azərbaycan vətəndaşlarından 7-si kişi, 6-sı isə qadındır. Onlardan 6-sı isə 18 yaşına çatmayanlar olub (3 oğlan, 3 qız).

Bu ilin birinci rübündə Gürcüstandan ən çox deportasiya edilən əcnəbilər Azərbaycan vətəndaşları olublar.

Hesabat dövründə Gürcüstandan 10 Hindistan, 8 İran, 7 Banqladeş olmaqla ümumilikdə 15 ölkədən 55 əcnəbi deportasiya edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.