Almaniyada deportasiya edilən qaçqınların mobil telefonları yoxlanılacaq
Almaniyadan deportasiya ediləcək qaçqınların məcburi şəkildə mobil telefonları yoxlanılacaq
Bu mühacirlərin vətənə geri qaytarılmasına dair yeni qanun qüvvəyə mindikdən sonra mümkün olub.
xalqxeber.az xəbər verir ki, bu barədə Spiegel-Online nəşri məlumat yayıb.
Yeni qaydalara görə, məlumatların yoxlanılması üçün telefon sahibinin şəxsi icazəsindən yan keçmək mümkün olacaq.
Federal miqrasiya və qaçqınlarla bağlı məsələlər üzrə nazirliyin yerli şöbələri gün ərzində 2400 qurğunu oxuya biləcək proqram təminatı ilə təchiz ediləcək. Xaricilərin qeydiyyata alınması üzrə mərkəzi reyestrin dəyərləndirməsinə görə, 213000 nəfər ölkədən təcili deportasiya olunmağı gözləyir.
Yanvar ayının 29-da Almaniyanın maliyyə naziri Volfqanq Şoyble 2015-ci ildə mühacirlərin kütləvi qəbul edilməsinə dair qərarın yanlış olduğunu etiraf edib.
Yanvarın 11-də Almaniya DİN rəhbəri Tomas de Mezyer ölkəyə gələn qaçqınların sayının kəskin azaldığını qeyd edib. Onun məlumatına görə, 2016-cı il ərzində Almaniyaya 280 min mühacir gəlib, halbuki bir il öncə bu mühacirlərin sayı 890 min nəfər olub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır