SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Əməkdaşlığın gücləndirilməsində atılan növbəti addım

Əməkdaşlığın gücləndirilməsində atılan növbəti addım

Tarix:

26-04-2023, 17:58

/ 406 dəfə oxundu.
Əməkdaşlığın gücləndirilməsində atılan növbəti addım

 
Azərbaycanın həyata keçirmiş olduğu neft strategiyası ölkəmizin xarici ticarət mövqelərinin şaxələnməsinə, ölkəmizin geoiqtisadi nüfuzunun artmasında şərait yaratmışdır. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Azərbaycan dünya miqyasınada tanınmağa başladı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Neft strategiyası çərcivəsində imzalanmış beynəlxalq sazişlər ölkəmizin təhlükəsizliyinin təmin olunmasına, iqtisadiyyatın sürətli inkişafına, sosial-iqtisadi tərəqqiyə səbəb olmuşdur. Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təminatçısına, beynəlxalq layihələrin iştirakçısına, Cənubi Qafqaz regionunun ən zəngin və qüdrətli ölkəsinə çevrilmişdir.
Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasətin nəticəsi olaraq Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 aprel tarixində Sofiyada rəsmi səfəri baş tutmuşdur. Səfər zamanı “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığ ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilmişdir.
Dövlət başçısı imzalanma mərasimdəki çıxışında bildirmişdir ki, “Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Bu gün Enerji Komissarı xanım Simsonun, Avropa Komissiyasının digər rəsmilərinin və dostlarımızın artıq qeyd etdiyi kimi, Azərbaycan Avropanın, mən deyərdim ki, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.
Aprelin 25-də keçirilən mühüm mərasim əməkdaşlığımızın gücləndirilməsində atılan növbəti addım olacaqdır. Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu imzaladılar. Onun əsasında, biz 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Beləliklə, həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Təbii ki, qaz hasilatı və ixracımız artacaq. Çünki biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq”deyə diqqətə çatdırmışdır.
Eyni zamanda, Prezident qeyd etdi ki,  təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, biz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşıq. Neft-kimya məhsulları və elektrik enerjisi, həmçinin ixracımızın bir hissəsidir. Mən, həmçinin enerji inkişaf yolunu xatırlatdığına görə Slovakiyanın nazirinə təşəkkürümü bildirmək istəyirəm. Tam həqiqətdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bir sözlə, bu gün biz XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir.
Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə birmənalı olaraq hazırdır”.
Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
 
 
Aynur Xəlilova - politoloq
 
 
 

Şərhlər

XƏBƏR LENTİ