SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakı Enerji Həftəsi ölkəmiz üçün yeni perspektivlərlə zəngin olacaqdır

Bakı Enerji Həftəsi ölkəmiz üçün yeni perspektivlərlə zəngin olacaqdır

Tarix:

4-06-2022, 10:40

/ 347 dəfə oxundu.
Bakı Enerji Həftəsi ölkəmiz üçün yeni perspektivlərlə zəngin olacaqdır

 
İyun  ayının 1-dən 4-nə kimi Bakıda keçirilən Beynəlxalq Enerji həftəsi çərçivəsində keçirilən neft-qaz sərgisi bütövlükdə Xəzər regionunun ən böyük tədbiridir. Bu tədbirdə 30 ölkədən 249 şirkət iştirak edir. Onların arasında ABŞ, Avropa İttifaqına üzv olmuş ölkələr, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Sinqapur, Çin və s. aparıcı ölkələrin şirkətləri vardır. Bu da onu gösrətir ki, Beynəlxalq Enerji həftəsi böyük iştirakçılıq və coğrafi baxımdan geniş regionu əhatə edən bir tədbirdir.
Beynəlxalq Enerji həftəsi Azərbaycanın enerji imkanlarının yenidən təqdim olunması və xüsusən regionun eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasını şərtləndirən faktorların məlumatının dünyaya çatdırılması baxımından vacibdir və belə bir tədbirin keçirilməsi Azərbaycanın regionda enerji siyasətində öndə olan dövlətlərdən biri olduğunu təsdiq edir. Bu Azərbaycanın enerji sahəsindəki əlaqələrinin qurulması, müzakirələrin aparılması, yeni texnologiyaların tətbiqi imkanları ölkəmizin potensialının tətbiqi deməkdir. Bu Azərbaycanın enerji sektoru, eyni zamanda iqtisadiyyatı üçün önəmlidir.
Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda neft sənayesinin inkişafına göstərilən diqqətin, onun hazırladığı neft strategiyasının daha geniş miqyasda tətbiqinin nəticəsidir. Ulu öndər Heydər Əliyevin neft strategiyasının nə dərəcədə əhəmiyyətli olması «Əsrin kontraktı”»nın imzalanması ilə təsdiqləndi. Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır.
Artıq Azərbaycan 27-ci dəfədir ki, bu cür tədbirə ev sahibliyi edir. Bu cür sərgi, konfranslar Azərbaycana marağı olan tərəfləri bura gətirir və Azərbaycanın istehsalçılarını həmin o marağı olan tərəflərlə bir müstəvidə birləşdirir. Diigər tərəfdən biz dünyaya mesajlar veririk ki, bizim enerji ölkəsi olaraq onların dünya bazarlarına çıxarılma imkanlarımız da genişdir.
Azərbaycandan Gürcüstanın Supsa limanına gedən birinci neft boru kəməri işləyir. Bunun sayəsində Azərbaycan ixrac məhsulları ilə bir çox ölkələrin tələbatlarını təmin edir. 2006-cı ildə  Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi. Bu kəmərlər və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başlayıb.  
Azərbaycan da bu sərgi ilə dünyaya göstərir ki, təkcə neft-qaz istehsal edən ölkə deyil, həm də bərpa olunan alternativ energetikasını da inkişaf etdirir. Bu sahə üzrə də əməkdaşlığı var. Hesab edirəm ki, Bakı Enerji Həftəsi çərçivəsində ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu bu baxımdan böyük əhəmiyyət daşıyacaq. Bakı Enerji Həftəsində aparılacaq müzakirələr ölkəmiz üçün yeni perspektivlərlə zəngin olacaqdır.
 
 
Təranə Zeynalova – BDU-nin professoru, Tarix elmləri doktoru

Şərhlər

XƏBƏR LENTİ