SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ali təhsil sisteminin BİABIRÇI ÜZÜ: ADAU... - İTTİHAM VAR!

Ali təhsil sisteminin BİABIRÇI ÜZÜ: ADAU... - İTTİHAM VAR!

Tarix:

20-02-2023, 08:59

/ 311 dəfə oxundu.
Ali təhsil sisteminin BİABIRÇI ÜZÜ: ADAU... - İTTİHAM VAR!

 
"Bir əsrə yaxın yaşı olan Azərbaycan Dövlət Aqrar Universiteti daim dövlətin diqqət və nəzarəti altında olmuşdur. Bu universitetdə Azərbaycan Respublikasının ictimai, iqtisadi və siyasi inkişafında böyük rolu olan mütəxəssislər, aqrar sahə üzrə əmək qəhrəmanları və dahi alimlər yetişmişdir. Bu mütəxəssis və alimlər bu universitetin elmindən, təhsilindən bəhrələnərək tarixdə öz sözlərini demiş ziyalılarımız olmuşdur. Çünki bu ziyalılar universitetdə daim diqqət, sayqı və hörmət görmüşlər. Universitet rəhbərliyi bu insanların yetişməsində və çalışmasında daim yardımçı olmuşdur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Hal-hazırda universitetdə tutduğu vəzifəyə layiq olmayan çoxlu şəxslər vardır. Hal hazırda rektor vəzifəsini icra edən Zəfər Qurbanovun bu şəxslərlə məşğul olmağa nə vaxtı yoxdur, nə də gücü çatmır.

Məhərrəm Hüseynov, Asəf Qasımov, Musa Bayramov, Telman Musayev, Aydın İsayev, Famil Nəsibov, Nazim Nadirov və digərləri ilə bağlı ağır ittihamların yer aldığı məqalədə eyni zamanda Prezidentə də müraciət ünvanlanıb və ölkə başçısından xahiş olunur ki, bu ali təhsil ocağı ilə bağlı konkret tədbirlər görülsün".

DİA.AZ qeyd edir ki, məaqləni daha geniş formada təqdim edəcəyik, sadəcə olaraq bəzi dəqiqləşdirmələr aparırıq...

Bizi izləməyə davam edin... Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ