Aqrar Universitetin müdhiş mükafat yalanı - İTTİHAM VAR
Bir müddət əvvəl rəsmi mediada Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinə istinadla bir məqalə dərc olunub
Məqalədə bildirilir ki, universitet Avropanın “Ən yaxşı Universiteti” adına layiq görülüb.
Qeyd edilirdi ki, ADAU bu ada Oksford Akademik Birliyi (Oksford, Böyük Britaniya) tərəfindən layiq görülüb. Elm, texnologiya, təhsil sahəsində ən nüfuzlu Avropa mükafatlarndan biri olan “Ən yaxşı Universitet” mükafatınin təqdimetmə mərasiminin Avropanın ən qədim elm və universitet mərkəzi olan Oksfordda, 20 dekabr 2016-ci ildə olacağı da xəbərdə əksini tapmışdı.
Məsələ ilə bağlı şok məlumat daxil olub. Belə ki, ADAU-da çalışan müəllimlərdən biri bildirib ki, həmin xəbər – ADAU-nun Avropanın “Ən yaxşı Universiteti” adına layiq görülməsi xəbəri yalandır: “Ümumiyyətlə, elə bir təşkilatın varlığı özü şübhəlidir”.
Saytımızın əməkdaşları məsələ ilə bağlı kiçik bir araşdırma aparıblar. Adıçəkilən təşkilatın adı dünyanın ən böyük axtarış sistemi olan google-da axtarışa verilib və nəticə yuxarıdakı iddiaya uyğun olub. Belə ki, Oksford Akademik Birliyi adlı təşkilatın olmadığı məlum olub.
Bundan əlavə, əməkdaşlarımız ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimliyə universitetlə bağlı səslənən iddialara münasibət istəyiblər, həmçinin 20 dekabr 2016-cı ildə təqdimetmə mərasiminin keçirilib-keçirilməməsi, universitet rəhbərliyinin tədbirdə iştirak edib-etməməsi haqda da suallar ünvanlanıb. Lakin Q.Rəhimlidən cavab almaq mümkün olmayıb. Daha doğrusu, cavab hələ ki, redaksiyamıza təqdim edilməyib. Bununla belə, ADAU rəhbərliyinin belə bir tədbirdə iştirakı haqda mətbuat xidməti tərəfindən hər hansı məlumatın yayılmaması da yuxarıda irəli sürülən iddianı təsdiqləmiş olur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tərəfdar.az)

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var