SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Altis Group of Companies" və "Altec Aluminium" MMC şirkətləri AFAD-a 200.000 TL ianə etdi

"Altis Group of Companies" və "Altec Aluminium" MMC şirkətləri AFAD-a 200.000 TL ianə etdi

Tarix:

8-02-2023, 17:48

/ 502 dəfə oxundu.
"Altis Group of Companies" və "Altec Aluminium" MMC şirkətləri AFAD-a 200.000 TL ianə etdi

Tanınmış iş adamı Şamil Heyderovun təsisçisi və rəhbəri olduğu "Altis Group of Companies" və "Altec Aluminium" MMC şirkətləri Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) 200.000 türk lirəsi (TL) məbləğində ianə edib. 

Zavod rəhbərliyi canı canımızdan, qanı qanımızdan olan türkiyəli qardaş və bacılarımıza səbr diləyir. Təbii fəlakət nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına baş sağlığı verir.
Məlumat üçün bildirilib ki, "Altis Group of Companies" və "Altec Aluminium" MMC şirkətləri qardaş Türkiyənin aparıcı şirkətlərilə sıx əməkdaşlıq edir. 
Qeyd edək ki, 7,7 bal gücündə dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir edib.




Şərhlər

XƏBƏR LENTİ