“Çin Karqo” şirkəti 30 min Lirə nağd pul, 200 min Lirə dəyərində geyim və ərzaq məhsullarını Türkiyəyə göndərdi
2023-cü il fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən sonra Azərbaycan Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Bu gün də Bakının müxtəlif ünvanlarında
Türkiyədəki zəlzələdə zərər çəkmiş insanlar üçün yardımlar toplanır.Bir çox yerli şirkətlər də qardaş ölkəyə yardımlarını əsirgəmir.
Bu gün Türkiyədə zəlzələdə zərərçəkmişlərə yardım üçün daha bir toplanış məntəqəsi təşkil olunub. Səhər saatlarından İdman Sarayının qarşısına yardım məqsədilə insanlar axışır. Onlar zərərçəkmiş türk qardaşlarımıza öz dəstəklərini ifadə edirlər. Yardımların ardı-arası kəsilmir.
Yardım məqsədilə gələnlərin bir qismi Azərbaycanda fəaliyyət göstərən şirkətlər idi. Yardım göndərən şirkətlər arasında “Çin Karqo”-nun rəhbərliyi yer alırdı. Şirkətin rəsmisi açıqlamasında bildirib ki, Türkiyənin bu çətin anında Azərbaycandan dəstək çox vacibdir:
"Bizdə türk qardaşlarımıza yardım üçün buradayıq. Belə qərara gəldik ki, əlimizdən nə gəlirsə dəstəyimizi əsirgəməməliyik. Allah köməkləri olsun, biz həmişə Türkiyənin yanındayıq. Bu əvvəldən belə olub, belə də davam edir". Xüsusilə qeyd etmək istəyirik ki, “Çin Karqo” şirkəti 30 min Lirə nağd pul, 200 min Lirə dəyərində geyim və ərzaq məhsullarını Türkiyəyə yardım məqsədi ilə göndərib. Bundan başqa ötən gün tanınmış iş adamı Şamil Heydərovun təsisçisi və rəhbəri olduğu "Altis Group of Companies" və "Altec Aluminium" MMC şirkətləri Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) 200.000 türk lirəsi (TL) məbləğində ianə edib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var