SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ucar səhiyyəsi BƏRBAD DURUMDADIR... - VİDEOGİLEY

Ucar səhiyyəsi BƏRBAD DURUMDADIR... - VİDEOGİLEY

Tarix:

15-12-2022, 14:14

/ 327 dəfə oxundu.
Ucar səhiyyəsi BƏRBAD DURUMDADIR... - VİDEOGİLEY

 
Ucar rayonu H.Əliyev prospekti bina 31 mənzil 15 sakini Curullayev Kənan Akif oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"16 noyabr 2022-ci il tarixdə atam Akif Curullayevin halı pisləşdi deyə Ucar rayon xəstəxanasına gətirdik.Həkim müayinə edib gah dedi ki, qan təzyizi qalxıb, gah dedi ki, ağciyərinə soyuq olub, gah dedilər ki, infakrt keçirib gahda da dedi ki, ürək çatışmamazlığıdır.Biz atamı Bakı şəhər xəstəxanasına aparılması üçün göndəriş istəsəkdə xəstəxananın direktoru Zeynal Bayramlı qanunsuz olaraq vermədi.
Bir neçə saatdan sonra atam həkim savadsızlığına və səhlənkarlığına görə vəfat etdi.
Biz indiyə qədər Ucar xəstəxanasına müraciət etməmişdik.Buna görə bilmirdik ki, Ucar xəstəxanasında savadlı həkimlər yoxdur, əks halda biz qonşu Göyçay rayon xəstəxanasına getsəydik indi atam həyatda idi ölməmişdir.Göyçay xəstəxanasında savadlı həkimlər çoxdur orada xəstələrlə mehriban davranırlar.
Ucar rayon xəstəxanasında isə təcrübəli və savadlı həkimləri direktor Zeynal Bayramlı didərgin salıb xəstəxanadan qova bilib.Xəstələr və onların yaxınları ilə Ucar xəstəxanasında kobud rəftar edirlər.Adi salamı belə pulla alırlar.
Zeynal Bayramlı Ucar xəstəxaansını çox bərbad vəziyyətə salıb.Hamı oranın fəaliyyətindən narazıdır.Zeynal Bayramlı rayonda insanlar arasında şaiyə yaydırıb ki, mənim yuxarılarda adamım var mənə gözün üstə qaşın var deyən olmayacaq.
Ucar xəstəxanası respublikada ən geri qalmış ən çox narazılıq yaratmışdır.
Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan xahiş edirəm atamı həkim səhlənkarlığına görə öldürən, insanların taleyi ilə oynayan dövlət xəstəxanasını viran günə qoyan direktor Zeynal Bayramlının barəsində tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ