SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Ağalar Vəliyevi HARDA GÖRƏK?" - SEÇİCİSİ SORUŞUR...

"Ağalar Vəliyevi HARDA GÖRƏK?" - SEÇİCİSİ SORUŞUR...

Tarix:

17-10-2022, 20:20

/ 242 dəfə oxundu.
"Ağalar Vəliyevi HARDA GÖRƏK?" - SEÇİCİSİ SORUŞUR...

 
"Ağalar Vəliyev kimi deputatı olmaqdansa, 100 manat borcu olmaq daha yaxşıdır... Gərək, biz də bu adamla məzələnək... Çünki nə vaxtdır, parlamentə gedirəm, qəbuluna düşə bilmirəm. Saytlardan da oxuyuram Ağalar Vəliyev seçiciləri ilə görüşüb... Harda görüşüb? DESİNLƏR DƏ..."

DİA.AZ bildiri ki, bu barədə Goranboy sakini Səlim Qazıyev şikayətində qeyd edir.

Bildirək ki, Ağalar Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat elan olunub. Elə seçicisi də ELAN OLUNUB deyir və bildirir ki, Ağalar Vəliyevi heç bir vaxt onlar deputat seçməyiblər:

"Amma bəxtimiz gətirməyib... Qarışıq dairə olduğundan istədiklərini edirlər. Amma buna and içə bilərəm ki, kimsə Ağalar Vəliyevə səs verməyib. Ən azından Goranboyda... O biri rayonların adından da and içə bilərəm..."

Daha sonra "Ağalar Vəliyevi HARDA GÖRƏK?" deyə soruşan seçicisi bildirir ki, bununla bağlı parlamentin rəhbərliyinəmüraciət etmək istəyir: "Allaha and olsun ki, elə də ciddi problemim yoxdur... Sadəcə deputatın köməyi lazımdır... Qanunvericiliklə bağlı... Yerini desin... gəlim".

Məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənə bilmədik. Amma rəyini dia.az olaraq işıqlandırmağa hazırıq...

Şərhlər

XƏBƏR LENTİ