SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Adları yaddaşlardan silinməyən sabiq məmurlar indi haradadır? - ARAŞDIRMA

Adları yaddaşlardan silinməyən sabiq məmurlar indi haradadır? - ARAŞDIRMA

Tarix:

7-10-2022, 19:49

/ 908 dəfə oxundu.
Adları yaddaşlardan silinməyən sabiq məmurlar indi haradadır? - ARAŞDIRMA

 
Uzun illər dövlət qurumlarında yüksək vəzifələr icra etmiş, bir sıra məmurlar var ki, hələ də adları xatırlanır. Onlardan bəziləri fəaliyyətləri və ya fəaliyyətsizlikləri, bir neçəsi isə haqqında yayılan iddialarla yaddaşlarda qalmağı bacarıblar.

Bəs, cəmiyyətin hələ də xatırladığı sabiq məmurlar indi haradadır?

Xalqxeber.az xəbər verir ki, Bizim.Media bu suala cavab axtarıb:

Hacıbala Abutalıbov

Sabiq məmur 2001-2018-ci illərdə Bakı Şəhər İcra hakimiyyətinin başçısı, 2018-2019-cu illərdə isə Azərbaycan Respublikasının Baş nazirinin müavini vəzifəsini icra edib. O, 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir. 2021-ci ilin sentyabrından etibarən YAP Veteranlar Şurasının üzvüdür. Uzun müddətdir ki, mətbuatda görünmür.

Tağı Əhmədov

Bakı Metropoliteninin sabiq rəisi (1998–2014), 2022-ci ilin martınadək Azərbaycan Dama Federasiyasının vitse-prezidenti olub. Tağı Əhmədov 2014-cü ildən 2021-ci ilin sentyabrındək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri vəzifəsini daşıyıb. O, Hacıbala Abutalıbovla eyni vaxtda YAP Veteranlar Şurasına üzv olub. Son zamanlar mətbuatda Tağı Əhmədovun səhhətinin ağırlaşdığı, ayaqlarının tutulduğu deyilir.

Abid Şərifov

1995-2018-ci illərdə Baş nazirin müavini səlahiyyətlərini icra edib. Onun da səhhətində problemlərin olduğu deyilir. Sonuncu dəfə ötən ilin dekabrında mətbuatda görünüb. Belə ki, həmin vaxt A. Şərifovun bacısı qızı, rəhbərlik etdiyi məktəb müəllimlərinə səs ataraq rüşvət yığması ilə bağlı səs yazısı yayılan məktəb direktoru Ceyran Quliyevanın bu addımını tənqid etmişdi.

Misir Mərdanov

1998 - 2013-cü illərdə Təhsil naziri vəzifəsində çalışan Misir Mərdanov hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mexanika və Riyaziyyat İnstitutunun direktoru vəzifəsini icra edir. Misir Mərdanov siyahıdakı digər bir çox məmurdan fərqli olaraq, mətbuatda tez-tez görünür.

Elmar Məmmədyarov

2004-2020-ci illərdə xarici işlər naziri vəzifəsini icra edib. Hal-hazırda AFFA İcraiyyə Komitəsinin üzvüdür. Son aylarda mətbuatda tez-tez görünür.

Səfər Əbiyev

1995 - 2013-cü illərdə Müdafiə naziri olan Səfər Əbiyevin hazırda nə işlə məşğul olduğu barədə rəsmi məlumat yoxdur. Mətbuatda sabiq nazirin Çexiyada yaşadığı və burda çoxsaylı mülklərinin olduğu barədə məlumatlar yayılıb. Səfər Əbiyev sonuncu dəfə 2022-ci ilin yanvarında Bakıda keçirilən tədbirlərdən birində görülüb. Həmin vaxt onun Bakıda yaşadığı bildirilirdi. Sonrakı dönəmdə isə haqqında hər hansı informasiyaya rast gəlmədik.

Fazil Məmmədov

Fazil Məmmədov 2000-2017-ci illərdə vergilər naziri olub. 2018-ci ildə səhhətində problemlər yarandığı ilə bağlı məlumatlar yayılıb. Uzun müddətdir ki, mətbuatda görünmür.

Ziya Məmmədov

2002-2017-ci illərdə nəqliyyat naziri vəzifəsini icra edib. Sabiq nazirin biznes fəaliyyəti ilə bağlı dövri mətbuatda xeyli sayda məlumatlar yayılıb. Sonuncu dəfə 2020-ci ilin mayında mətbutda görünüb. Həmin vaxt sabiq nazir Bakıda olduğunu bildirib.

Nazim İbrahimov

2008–2018-ci illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, 2002-2008-ci illərdə isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edib. Nazim İbrahimov sonuncu dəfə 2021-ci ilin sentyabrında general Rövşən Əkbərovun törətdiyi cinayətlə bağlı şahid qismində məhkəmə qarşısına çıxarılıb. Vəzifədən azad olduqdan sonra biznes fəaliyyəti ilə məşğul olduğuyla bağlı KİV-də məlumatlar mövcuddur. Uzun müddətdir ki, mətbuatda görünmür.

Nəcməddin Sadıkov

General-polkovnik Nəcməddin Sadıkov Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsini 1993-2021-ci illərdə icra edib.

Ötən ilin iyulunda onun yerin Kərəm Vəliyev təyin edilib. Haqqında xoşagəlməz iddiaların bitib-tükənmədiyi Nəcməddin Sadıkov bu ilin fevralında avtomobili ilə qəza törədərək, kameraların obyektivinə yaxalanıb. Sonrakı aylarda harada və hansı fəaliyyətlə məşğul olduğu isə qeyri-müəyyəndir.

Şərhlər

XƏBƏR LENTİ