Tağı Əhmədov indi nə qədər qazanır... - Milyonçunun "kasıbçılığı"...
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadılar. Onlardan bəziləri xaricdə yaşayır. İndi də iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.
Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini təqdim edir.
Layihəmizdə bu dəfə Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovdan bəhs edəcəyik.
Tağı Əhmədov 1948-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləyib. Texnika elmləri namizədidir.
1998-ci ildə Bakı Metropoliteninin rəisi vəzifəsinə təyin olunub.
2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Hazırda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir.
Evlidir, 2 övladı var.
Tağı Əhmədov 27 fevral 2014-cü ildə Bakı Metropoliteninin rəisi vəzifəsindən azad olunub.
Bir dəfə Tağı müəllim mətbuata açıqlamasında belə demişdi:
"Vicdanıma and olsun ki, dövlətdən bir manat götürməmişəm. Hazırda dövlətdən 3640 manat pensiya, 1000 manat YAP-dan, 1500 manat kafedra müdiri kimi maaş alıram".
73 yaşlı sabiq rəis gününü şeir yazmaqla keçirir, həm də dincəlir. Gördüyünüz kimi onun aylıq gəliri 6140 manatdı.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...