SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ermənistanda ölən hərbçilərin yaxınları saxlanıldı - Video

Ermənistanda ölən hərbçilərin yaxınları saxlanıldı - Video

Tarix:

21-09-2022, 12:51

/ 381 dəfə oxundu.
Ermənistanda ölən hərbçilərin yaxınları saxlanıldı - Video

 
Ermənistanda ölən hərbçilərin yaxınları gecədən “Yerablur” hərbi panteonuna toplaşıb.

Xalqxeber.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onların məqsədi ölkənin Baş naziri Nikol Paşinyanın panteona girişinə əngəl olmaq olub.

Buna baxmayaraq, səhər saatlarından həmin əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.

Polis hərbçilərin yaxınlarına qarşı güc tətbiq edərək onları ərazidən uzaqlaşdırmağa çalışıb.

Məlumata görə, 37 nəfər saxlanılıb və polis bölmələrinə aparılıb.

Saxlanılanlar arasında qadınlar da var və onlardan ikisinin yaralandığı bildirilir.


Şərhlər

XƏBƏR LENTİ