SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Neft ölkəsinin tələbələri pula görə universitetdən qovulur - NƏ ETMƏLİ?

Neft ölkəsinin tələbələri pula görə universitetdən qovulur - NƏ ETMƏLİ?

Tarix:

13-06-2022, 08:43

/ 322 dəfə oxundu.
Neft ölkəsinin tələbələri pula görə universitetdən qovulur - NƏ ETMƏLİ?

Ötən il Azərbaycan universitetlərindən 3436 tələbə xaric edilib. Onlardan 2670 nəfəri bakalavr, 766 nəfəri magistrdır. Əsas səbəblər isə aşağıdakılardır:

* Təhsil haqqının ödəyə bilməməsi;

* Qayıblar;

* Öz ərizəsi ilə.

Tələbələrin təhsil haqqına görə təhsildən uzaqlaşdırılması heç də xoş deyil. Neft ölkəsində vətəndaş maddi durumuna görə təhsilindən kənarda qalırsa, bu, ciddi siqnal deməkdir. O tələbələrin içində cəmiyyət üçün yararlı kadrlar yetişə bilərdi. Lakin universitet xaric edilmə tələbini qoyaraq tələbəni həmin bütün imkanlarından məhrum buraxır.


Xalqxeber.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında bildirib ki, tələbə təhsil haqqına görə universitetdən xaric olmamalıdır:

"Biz tamamilə neft ölkəsiyik deyib yükü dövlətin üzərinə qoyaq? Biz bununla rəqabəti aşağı salmış olacağıq. Onda hamı deyəcək ki, mən niyə 600 bal toplayıram? Onsuz da 200 balla pulsuza daxil olacağam. Heç kəs oxumaq istəməyəcək. Bu, nəyə lazımdır? Xarici ölkələrdə təhsil göstəriciləri 60-70 faiz olanlar pulsuz təhsil ala bilər. Tələbə təhsil haqqına görə universitetdən xaric olmamalıdır. Bunun üçün Prezident Təhsil Nazirliyi nəzdində Tələbə Kredit Fondu yaradıb. Mənə görə, universitetlər də təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı güzəşt etməlidir”.

Ekspertin fikrincə, bundan əlavə, təhsil haqları ən azı 50 faiz azaldılsa, həm əlçatan olar, bütün sosial təbəqədə olan insanlar təhsil ala bilər:

“İnsanların təhsil almaq hüququnu məhdudlaşdırmaq olmaz. Son 5 ildə 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsildən imtina edib. Bu, kifayət qədər yüksək rəqəmdir".

Şərhlər

XƏBƏR LENTİ