Bakı Qızlar Universitetindən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar
Son günlərdə sosial şəbəkələrdə geniş müzakirə edilən mövzulardan biri də ötən həftələrdə Bakı Qızlar Universitetində tələbə və müəllim arasında yaşanan qalmaqaldır.
Hadisənin təfərrüatlarını öyrənmək üçün universitetin Sosial Pedaqoji fakültəsinin 3-cü kurs tələbəsi Fəridə İsmayılova ilə əlaqə saxladıq.
O bildirdi ki, təhsil aldığı Bakı Qızlar Universitetinin rəhbərliyi bir gün dərsə gəlmədiyi üçün onu dərsə buraxmayıb və 6 ay universitetdən uzaqlaşdırılacağı bildirilib. Tələbə iddia edir ki, qaib limitini keçmədiyi halda rəhbərlik tərəfindən təhqir və təzyiqlərə məruz qalıb və bu günə qədər də dərsə buraxılmır.
Bu məqamda maraqlı bir sual yaranır. Ali təhsil müəssisəsi qaib limitini keçməyən tələbəni, bir gün dərsə gəlmədiyi üçün 6 ay təhsildən uzaqlaşdıra bilərmi? Ümumiyyətlə tələbələr hansı şərtlər altında ali təhsil müəssisələrindən xaric edilə bilərlər?
Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirdilər ki, tələbə qaib limitini aşması səbəbindən heç bir halda təhsildən uzaqlaşdırıla bilməz. Ali təhsil müəssisələri tələbəni aşağıdakı hallarda universitetdən xaric edə bilər:
- öz arzusu ilə;
- başqa ali təhsil müəssisəsinə köçürüldükdə;
- ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda;
- səhhətinə görə (həkim-məsləhət komissiyasını arayışına əsasən);
-növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda.
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirdi ki, hadisə həqiqətən də tələbənin iddia etdiyi kimi baş veribsə, bu məsələ tələbənin lehinə həll ediləcək:
“Təhsil Nazirliyinin ali təhsil müəssisələrindən tələbələrin xaric edilməsi ilə bağlı qanun normaları var. Qeyri səbəblərdən tələbənin təhsildən uzaqlaşdırılmaq niyyətilə universitetdən xaric edilməsi yolverilməzdir. Həmin tələbə Təhsil Nazirliyinə şikayət ərizəsi ilə müraciət etsin. Hadisə həqiqətən də tələbənin iddia etdiyi kimi baş veribsə, bu məsələ onun xeyrinə həll olunacaq”.
Məsələ ilə bağlı Bakı Qızlar Univeristetinin də mövqeyini öyrənmək istədik. Amma təəssüf ki, bütün cəhdlərimiz uğursuz alındı. Ünvanladığımız sualların heç birinə cavab vermədilər.
Publika-az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...