SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycana düşmən olan talış separatçılarının ruporunda “MƏNSİMOV RÜZGARI”: - Daha nə qədər maskalanacaq?

Azərbaycana düşmən olan talış separatçılarının ruporunda “MƏNSİMOV RÜZGARI”: - Daha nə qədər maskalanacaq?

Tarix:

19-04-2022, 11:25

/ 466 dəfə oxundu.
Azərbaycana düşmən olan talış separatçılarının ruporunda “MƏNSİMOV RÜZGARI”: - Daha nə qədər maskalanacaq?



Artıq xeyli müddətdir, Türkiyədə məskunlaşan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun müxtəlif ölkələrdə Azərbaycan düşmən kəsilən talış separatçı qrupları ilə bağlılığını təsdiqləyən və illər uzunu qapalı qalan faktlar ardıcıllıqla ictimailəşməkdədir. Çox təəssüf ki, özünü hər imkanda “Azərbaycan vətənpərvəri”, “milli təəssübkeş”, “məzlumların pənahı” kimi tanıtmaq imkanını qaçırmayan Mənsimov gerçəkdə dövlətin bütövlüyünə qarşı çıxanlarla nəinki bir aradadır, hətta onlara geniş maddi-mənəvi dəstək göstərməkdədir.

Bu fikirləri təsdiqləyən inkaredilməz faktlardan biri “Palmali” sahibinin dar çevrəsində özünə yer edən separatçı qruplar, o cümlədən, xaricdəki azərbaycanlı “bloqer”lərlə dərin işbirliyində olan Seyran Rəfiyevin ölkəmizə düşmən münasibət bəsləyən dairələrlə dərin əməkdaşlığıdır. Diqqətli oxucular Seyran Rəfiyev ad-soyadının son həftələrdə mediada kifayət qədər çox çəkilməsinin fərqindədirlər. Bəli, onun Azərbaycanı qarışdırmağa cəhd göstərən mərkəzlərlə davamlı təmaslarını əks etdirən foto-videosübutlar həm də Mənsimovun hansı yolda olduğunu, kimlərlə, necə və haraya istiqamətləndiyi haqda aydın təsəvvür yaradır.

Yerli mətbuatda Rəfiyevin işlərini xarici mərkəzlərdən aldıqları təlimat əsasında quran “bloqer”ləri maliyyələşdirdiyini onun özü də inkar etmir. Amma onun bu dəstəyi və birgəliyi tək həmin “bloqer”lərlə olsaydı, bəlkə də o məqamın üstündən keçmək olardı. Lakin iş həm də burasındadır ki, Rəfiyev Azərbaycanı fasiləsiz qaralamaqla məşğul olan ermənipərəst çevrələrlə də eyni mövqedədir. Təqdim edilən fotoda Rəfiyevin “can bir qəlb”də olduğu Çexiyalı parlamentari Yaromir Ştetinanın Qarabağdakı qondarma rejimin “parlament”indəki görüşü əks edilib. Gördüyünüz kimi, Rəfiyev tək ermənilərlə deyil, onların dəstəkçiləri, beynəlxalq müstəvidə “erməni məsələsi”ni gündəmdə saxlayanlarla eyni “cəbhə”dədir və bundan çox məmnundur.

Rəfiyevin riyakarlığını və talış separatçıları ilə birgəliyini təsdiqləyən növbəti fakt da özlüyündə kifayət qədər maraqlıdır. Əksəriyyətə məlumdur ki, Ermənistan xüsusi xidməti (və tək o yox) Azərbaycanda fəaliyyət göstərən bəzi talış, ləzgi və başqa separatçı qruplarla əlaqədədir, onların ayaqlandırılması üçün ciddi işlər görür. Hətta bu çərçivədə İrəvanda bir neçə dəfə Azərbaycandakı milli azlıqların “hüquqlarının qorunması”na dair separatçıların iştirakı ilə tədbirlər də keçirilib. Rəfiyevin Rusiyadan yayımlanan, talış separatizminin ruporu hesab olunan “Talışstan” TV-nin rəhbəri Zabil Madojla yazışması onun neçə üzlü olduğunu bir daha sərgiləyir. Zabillə yazışmasında İrəvanda təşkil olunan tədbirə qatılan separatçıları öyüb göylərə qaldıran Rəfiyev özünün açıq sosial şəbəkə hesabında “val”ı dəyişərək, onları alçaldır, həmin iştirakçıları qınamağa çağırır. Ən acınacaqlısı, bu adam bütün mənalarda Mənsimovun yanındadır.

Yeri gəlmişkən, “Talışstan” TV Mənsimovun talış kökənli olmasını hər fürsətdə qabartmaqla qalmır, onun talışlar üçün “misilsiz işlər” gördüyünü də bəyan etmir. Sözügedən kanalda Mənsimova həsr olunmuş süjetdə “Palmali” sahibi barəsində doğrudan, qeyri-adi mədhiyyələr yer alır. Aparıcının sözlərinə görə, Mənsimovun “türk oğlu türk” olduğunu söyləməsi, “üçüncü nəslində erməni olan şəxs mənim şirkətimdə işləyə bilməz” kimi fikirləri türkləri “xam xəyala salıb”. İddia olunur ki, guya Azərbaycan xalqı Mənsimovun öz pullarını məhz ona xərcləməli olduğunu düşünür. Daha təəccüblüsü isə budur ki, qadın aparıcı Mənsimovun qurduğu “Xəzər Lənkəran” futbol klubunu “talış milli şüuru”nun inkişafına təkan verən faktor olaraq dəyərləndirib. Həm də ki klubu “Xəzər Lənkəran” yox, “Kaspi Lankon” adlandırmaqla... Aparıcı bir qədər də irəli gedərək, “Xəzər Lənkəran” futbol klubunun yaradılmasını 1993-cü ildə baş vermiş “Talış-Muğan avantürası” ilə eyniləşdirir. Şərhə ehtiyac varmı? Bizcə, yox.

Bir digər maraqlı məqam isə məhz aparıcı xanımın özü ilə bağlıdır. Belə ki, o, həyatında artıq bir neçə dəfə fəaliyyət sahəsini dəyişməyə müvəffəq olub. Onun “yaradıcılığ”ında aktrisalıq, aparıcılıq (İrəvanda-red.), din xadimi və s. kimi sahələr cəmlənib. Anası erməni olan bu xanımı diqqətli izləyicilər artıq uzun müddətdir tanıyır. Onun iç üzünü açmaq bir o qədər də çətin deyil, amma istənilən halda aşağıdakı video vasitəsi ilə daha ətraflı məlumat əldə edə bilərsiniz.

Yeri gəlmişkən, çox maraqlıdır, Mənsimov bu əqidənin daşıyıcısı, talış separatizminin himayədarıdırsa, özünü niyə maskalayır? Cavab aydındır. “Palmali”nin sahibi məhz “türk oğlu türk” olduğunu bəyan etməklə, ermənilər haqqında məlum ifadəni işlətməklə, ictimai rəydə yer tuta bilib. İndi birdən-birə durub əksini söyləməsi və etməsi onun göyün yeddinci qatından yerə çırpılması ilə nəticələnər. O da bunun fərqindədir və bu səbəbdən, hələ ki maskalanır.

Amma hara qədər? //Oxu.az//

Şərhlər

XƏBƏR LENTİ