SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İsrail həkimləri xəstənin qopmuş qulağını ayağının dərisi ilə bərpa etdi... - MARAQLI

İsrail həkimləri xəstənin qopmuş qulağını ayağının dərisi ilə bərpa etdi... - MARAQLI

Tarix:

2-04-2022, 17:20

/ 407 dəfə oxundu.
İsrail həkimləri xəstənin qopmuş qulağını ayağının dərisi ilə bərpa etdi... - MARAQLI

 
Qüdsdəki "Şaarey- tsedek" xəstəxanasının cərrahları yeni texnologiyanın köməyilə qulağı bərpa edib
 
İsrail həkimləri mümkün olmayanı gerçəyə çevirib: yeni texnologiyanın köməyilə qulaq seyvanı yaradıb.
 
Dülgər emalatxanasında istehsalat travması alan 54 yaşlı kişi pasient qulaqsız qalıb. Onun başına böyük taxta düşərək qulağının üst hissəsini qoparıb.
 
"Əvvəlcə mən qulaqsız qaldığımı hiss etmədim, - zərərçəkən xatırlayıb.- Mən travma yerinə əski qoydum ki, qanaxmanı dayandırım. Yalnız qəbul şöbəsində nə baş verdiyi mənə aydın olub. Mən emalatxana sahibindən xahiş etdim ki, qulağımın qopan hissəsini xəstəxanaya gətirsin, bir müddətdən sonra onu tapıb gətirdilər". 
 
Xalqxeber.az xəbər verir ki, bu barədə "Ynet" saytı məlumat verib.
 
Qüdsdəki "Şaarey- tsedek" xəstəxanasının həkimləri qulağın qopan hissəsini yerinə tikmək istəyib, lakin qan təchizatının kifayət qədər olmaması səbəbindən bu, uğursuz alınıb. O zaman qulağı yeni texnologiya ilə- alloplastik (bioloji neytral) materialdan olan süni qığırdaqdan istifadə etməklə qulağı rekonstruksiya etməyə qərar verilib. Başın digər tərəfində sağlam qulağın formasına uyğun olan yeni qulaq seyvanı düzəldilib. Sonra bu nümunənin üzəri xəstənin öz toxumalarından- başından götürülən vətərlə və ayağından götürülən dəri ilə əhatə edilib.
 
Xəstə üzərində digər cərrahlarla birgə əməliyyat aparan "Şaarey- tsedek" xəstəxanasının plastik cərrahiyyə şöbəsinin müdiri d- r Yoav Qronoviç izah edib ki, söhbət ağır travmadan gedib. Özü də cərrahlar qarşısında, sadəcə, qulaq formasını yaratmaq deyil, funksional tərəfini də, məsələn, eynək gəzdirmək imkanını da nəzərə almaq vəzifəsi durub. Və, əlbəttə ki, problemin estetik tərəfini də nəzərə almaq lazım gəlib.
 
"Qopan qulağın yerinə qaytarılması şansı azdır, - d- r Qronoviç deyib. - Həkimlərimiz buna cəhd edib, lakin qan dövranını bərpa etmək mümkün olmadığından qığırdaq əsası olaraq alloplastik materialdan istifadə etməyə qərar verilib. Bu materialdan kəllə sümüyü və sifətin sümüklərinin bərpası zamanı istifadə edilir. Əsas müsbət cəhət ondan ibarətdir ki, buna istənilən formanı vermək olur. Bizim halda başın əks tərəfindəki sağlam qulağa istinad etmişik".
 
Süni qığırdaq ABŞ- dan gətirilib və onu xəstənin yerdə qalan öz qığırdağı ilə birləşdirmək üçün mürəkkəb əməliyat keçirilib. Növbəti mərhələdə onun üzəri iki yumşaq toxuma ilə örtülüb:
 
"Birinci təbəqə başın əzələ- vətər şlemindən, sadə dildə desək, baş dərisindən götürülüb.
Birinci təbəqəni örtən və qulaq seyvanının formasını möhkəmləndirən kinci təbəqə isə xəstənin ayağının dərisindən götürülüb.
 
Əməliyyatdan sonra zərərçəkən dülgər tam sağalıb, normal həyata və işinə dönüb.
 
Bu həftə o, xəstəxanada olub, müayinədən keçib və həkimlər öz işinin gözəl nəticəsinin şahidi olublar.
 
"Bu, travmanın müalicəsində ağır və heç də sadə olmayan əməliyyat idi, - d- r Qronoviç deyib. - Yeni texnologiya qulağı rekonstruksiya etməyə imkan verib, reabilitasiya tez baş verib və xarici görkəmə praktiki olaraq xələl gəlməyib.

Şərhlər

XƏBƏR LENTİ