SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Samuxda özbaşınalıq edənlər KİMLƏRDİR? - Belə davam edərsə...

Samuxda özbaşınalıq edənlər KİMLƏRDİR? - Belə davam edərsə...

Tarix:

18-03-2022, 17:08

/ 602 dəfə oxundu.
Samuxda özbaşınalıq edənlər KİMLƏRDİR? - Belə davam edərsə...

Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan Samux rayonu Burunqovaq ərazisində ağacların kütləvi kəsimi həyata keçirilir. 

Xalqxeber.az xəbər verir ki, demokratik.az-a verilən məlumata görə, Samux Meşəbəyiliyindəki 4 saylı meşə dolaylarında 100-lərlə ağac kütləvi qırğına məruz qalıb. Özbaşınalığın kökündə isə regional mərkəzin laqeyidliyi dayanır.

Hələlik dəqiqləşdirməyə çalışdığımız iddialara inansaq, təbiətə qarşı barbar yanaşma maddi maraqlardan irəli gəlir. Eləcə də mərkəzə yeni direktor gətirilən Vasif Nəbiyevin özünün yaratdığı şəraitlə ortaya çıxır. Gədəbəyin sabiq icra başçısı Kamran Rzazadənin yaxın qohumu olduğu deyilən Nəbiyevin işinin öhdəsindən gələ bilmir, gəlişindən üzü bəri meşələrdə kütləvi ağac kəsimi beləcə baş alıb gedir.

Əldə etdiyimiz şəkillərdən də aydın olur ki, sözügedən ərazidə qiymətli və nadir ağaclardan olan saqqız, yulğum və qovaq kimi ağaclar da təcavüzün qurbanıdır, meşə sanki şumlanır...

Şərhlər

XƏBƏR LENTİ