SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » BNA şefi NƏ İPƏ YATIR, NƏ DƏ SAPA... - Dəyişən heç nə yoxdur...

BNA şefi NƏ İPƏ YATIR, NƏ DƏ SAPA... - Dəyişən heç nə yoxdur...

Tarix:

7-03-2022, 11:54

/ 412 dəfə oxundu.
BNA şefi NƏ İPƏ YATIR, NƏ DƏ SAPA... - Dəyişən heç nə yoxdur...



Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ili 98,724 milyon manat zərərlə başa vurub. 

Bu isə 2019-cu illə müqayisədə 29,1% çoxdur. Son nəticədə qurumun yığılmış zərəri 81,8% artaraq 219,354 milyon manat olub. 

Mövzu ilə bağlı Nəqliyyat eksperti Rauf Ağamirzəyev Yenicag.az-a açıqlamasında bildirib ki, pandemiya dövrünün mənfi təsirləri fonunda BNA-nın zərərə uğraması gözlənilən idi:

“Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin balansına veriləndən sonra quruma üç aylıq bir müddət verilib. Bu vaxt ərzində qurumun fəaliyyətinə nəzarət ediləcək. Belə ki, qurumun əvvəlki koordinasiya ilə fəaliyyət göstərib-göstərməyəcəyinə və ya prioritetlərini dəyişdirəcəyinə diqqət ediləcək. İnteqrasiya prosesi hələlik davam edir.

BNA-nın zərərlərinə gəlincə, pandemiya dövründə bütün sahələr gərgin şəkildə fəaliyyət göstərirdi. Əslində, sərnişindaşıma və ictimai sektor dotasiya olunmalı bir sahədir. İndiki tariflərlə qurumun zərərə uğraması labüddür. Çünki gediş tarifindən əlavə, daşıyıcıların da xərcləri var. Pandemiya dönəmində təxmini 270 gün metro işləmədi və bütün yük avtobusların üzərinə düşdü. Bu baxımdan, məlum nəticə gözləniləndir. Bütün hallarda Bakı Nəqliyyat Agentliyinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi qurumun fəaliyyətinin qənaətbəxş olmadığını göstərir. Çünki qəbul edilən qərarın bir səbəbi var. Hələlik qərarın icrasından bir ay keçib. 3 aylıq müddət bitəndən sonra BNA-nın fəaliyyəti barədə konkret fikir söyləmək olar. BNA hələlik əvvəlki qayda ilə işləyir, heç bir dəyişiklik hiss olunmur”.

Yenicag.az

Şərhlər

XƏBƏR LENTİ