Bir milyarddan çox zərəri var – Sensasion rəqəmlər
Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) cəmi aktivləri 2018-ci il yanvarın 1-nə 3 757,571 milyon manat təşkil edib.
“Yeni Sabah” xəbər verir ki, bu, 2017-ci il yanvarın 1-i ilə müqayisədə 3% çoxdur.
Hesabat dövründə səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 13,9% artaraq 2 900,728 milyon manat, cəmi kapitalı isə 22,3% azalaraq 856,843milyon manat, o cümlədən nizamnamə kapitalı 11% artaraq 806,062milyon manat olub.
2017-ci ildə ADY-nin əməliyyat gəlirləri 384,648 milyon manat (2017-ci ilə nisbətən 5,95% çox), əməliyyat xərcləri 427,596 milyon manat (15,4% çox), digər xərcləri 510,286 milyon manat (8,6% az), mənfəət vergisi ödəmələri isə 2,309 milyon manat (1 il əvvəl qənaət edib) təşkil edib.
Son nəticədə ADY 2017-ci ili 555,543 milyon manat xalis zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 11,85% çoxdur.
Hesabat dövründə qurumun yığılmış zərəri isə 2 dəfədən çox artaraq 1 103,384 milyon manata çatıb. Qeyd edək ki, səhmdar cəmiyyəti 2018-ci ilin yekunları ilə bağlı maliyyə hesabatını hələ açıqlamayıb.
Report

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır