SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Baş verən müharibə Azərbaycanda BAHALAŞMAya səbəb olacaq - TƏFƏRRÜAT

Baş verən müharibə Azərbaycanda BAHALAŞMAya səbəb olacaq - TƏFƏRRÜAT

Tarix:

25-02-2022, 18:27

/ 389 dəfə oxundu.
Baş verən müharibə Azərbaycanda BAHALAŞMAya səbəb olacaq - TƏFƏRRÜAT

"Azərbaycana gətirilən xüsusən dəmir, metal kimi tikinti materialları – armaturlar, metal konstruksiyalar və bir çox tikinti sahəsində istifadə olunan bu cür məhsulların böyük hissəsi Ukraynadan gəlir. Bu gün orada müharibənin olması, hava və quru yollarının bağlanması səbəbindən nəinki, Azərbaycana, digər başqa ölkələrə də məhsulların daşınmasında, o cümlədən istehsalında ciddi problem yaşanacaq”. DİA.AZ xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, qeyd olunan problem isə qiymət artımına gətirib çıxaracaq:

"Həmçinin dəmir armatur ölkəmizə Ukrayna ilə yanaşı, həm də Rusiyadan da gəlirdi. İki ölkə müharibəyə başlayıb, Ukrayna demək olar ki, blokadadır, oradan həmin materialların gəlməsi mümkün deyil. Baş verənlər hansısa formada Rusiyaya da öz təsirini göstərəcək. Bütün bunlar Azərbaycan və digər ölkələrin tikinti bazarına təsirsiz ötüşməyəcək. Tikintilərdə də ən çox istifadə olunan qeyd etdiyim armaturlar, dəmir konstruksiyalardır - bünövrədən dam örtüyünə qədər”.

Müsahibimizin sözlərinə görə, qiymət artımı tikintinin maya dəyərinə əhəmiyyətli təsir göstərəcək:

"Onsuz da Azərbaycanda qiymətlər dayanmadan artırdı – son illərdə tikinti materiallarının hətta bəzilərinin qiyməti 2 dəfəyə yaxın yüksəlmişdi. Bu baxımdan növbəti artım da gözləniləndir. Bu isə, tikinti bazarına, tikilməkdə olan binalara, fərdi həyət evlərinə öz təsirini göstərəcək”.

Şərhlər

XƏBƏR LENTİ