"Hər ay qiymətlərin artmasını müşahidə edirik" - Deputat
"Rusiya-Ukrayna müharibəsinin qlobal və region iqtisadiyyatına ciddi təsirləri ərzaq məhsullarının qıtlığının yaranması gətirib çıxarıb. İnkişaf etmiş ölkələrin bazarlarında belə ərzaq məhsullarının qıtlığı müşahidə olunur ki, bu da onların qiymətlərinə, eləcə də həmin məhsullara olan tələbin ödənilməsinə təsir göstərir".
Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan ərzaq bazarına olan bu təsirləri minimumlaşdırmağa çalışır:
"Nazirlər Kabineti tərəfindən antiinflyasiya tədbirləri həyata keçirilir. Minimum istehlak səbətinə daxil olan məhsulların ixracatının tənzimlənməsi ilə bağlı xüsusi qərar qəbul olundu. Məqsəd istehlakın daha çox yerli istehsalın hesabına ödənilməsinə nail olmaqdır. İdxal inflyasiyası bütün hallarda digər ölkələr kimi Azərbaycana da təsirsiz ötüşmür. Ölkəmizə idxal edilən məhsulların qiyməti artırsa, bu, istehlak bazarında qiymət artımlarına gətirib çıxarır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin dörd ayında qiymətlər 12,4 faiz artıb. Ərzaq məhsullarında isə 17,4 faiz artım qeydə alınıb. Qeyri-ərzaq məhsullarında artım 6,4 faiz olub".
Deputat qeyd edib ki, qiymətlərin dəyişmə tendensiyasına diqqət yetirsək, bu ilin yanvarından etibarən qiymətlərdə aylıq olaraq artımlar var:
"Qiymətlərin hər ay əvvəlki aya nisbətən artmasını müşahidə edirik. Bütün hallarda qiymətlər yüksək olaraq qalıb. İstehlak bazarında qiymətlərin tənzimlənməsi prioritet məsələlərdən birinə çevrilib. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, dünya bazarında qiymət artımları fonunda növbəti aylarda da istehlak bazarında qiymətlərin artacağı istisna edilmir. Yay aylarında qiymətlər nisbətən tənzimlənə bilər. Belə ki, yerli məhsulların istehsalı artacaq. Bütün hallarda idxal inflyasiyası növbəti aylarda da istehlak bazarına təsir göstərəcək".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır