SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ziya Məmmədovun şirkətinin dövlətə borcu var - 681 min manat...

Ziya Məmmədovun şirkətinin dövlətə borcu var - 681 min manat...

Tarix:

16-02-2022, 16:38

/ 440 dəfə oxundu.
Ziya Məmmədovun şirkətinin dövlətə borcu var - 681 min manat...

Sabiq Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən, "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovun rəhbərlik etdiyi "Baghlan Group"a bağlı olan "Transqeyt" MMC-nin dövlət büdcəsinə yarım milyon manatdan çox vergi borcu yaranıb. 

Xalqxeber.az qaynarinfo-ya istinadla xəbər verir ki, qanuni təmsilçisi Bayramov Elsevər Məşkur oğlu olan MMC-nin bu günə olan vergi borcu 681 min 942 manat 35 qəpikdir.

Qeyd edək ki, bir vaxtlar Bakının 50 faizdən çox avtobus xətləri "Transqeyt” şirkətinin rəhbərliyi altında işlədilirdi. MMC-nin nizamnamə kapitalı 9 milyon 586 min 400 manatdır.

Bu arada "Transqeyt" MMC mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsinə görə məhkəməyə verilib.

Şərhlər

XƏBƏR LENTİ