Azərbaycanda aviaşirkətin yarım milyonluq vergi borcu üzə çıxdı
Azərbaycanda aviaşirkətin yarım milyon manatdan çox vergi borcu olduğu üzə çıxıb. Söhbət "Silk WAY Aviaşirkəti” MMC-dən gedir.
Mediapost.az-a istinadən xəbər veririk ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, şirkətin cari vergi öhdəliyi 583 227 manat təşkil edir.
Qeyd edək ki, "Silk Way Aviaşirkəti" "Silk Vey Vest Aviaşirkəti" və "Silk Vey Development" MMC ilə birgə "Silk Vey Holdinq"ə daxildir. Holdinq iyunun 22-də nizamnamə kapitalını azaltdığını elan etmişdi.
Xatırladaq ki, hazırda holdinqin nizamnamə kapitalı 46,1 milyon manat, digər 3 şirkətin nizamnamə kapitalı isə müvafiq olaraq 97 milyon manat, 173,4 milyon manat və 77,3 milyon manatdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır