SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Hüquq eksperti İsmayıl Zalov ölkə başçısı cənab İlham Əliyevi təbrik etdi

Hüquq eksperti İsmayıl Zalov ölkə başçısı cənab İlham Əliyevi təbrik etdi

Tarix:

23-12-2021, 17:59

/ 1 155 dəfə oxundu.
Hüquq eksperti İsmayıl Zalov ölkə başçısı cənab İlham Əliyevi təbrik etdi

Hörmətli cənab Prezident!
Müzəffər Ali Baş Komandanımız!
Sizin sərkərdəliyinizlə Vətən Müharibəsində şanlı zəfər qazanan xalqımızın qələbə
sevinci ilə yaşadığı, qurub-yaratdığı, öz tarixinin yeni mərhələsinə qədəm qoyduğu
bir şəraitdə Sizi 60 illik yubleyiniz münasibətilə təbrik etmək xüsusi rəmzi məna daşıyır.
2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi dövlətçilik dəyərlərini uca tutaraq bəyan etdiyiniz böyük
hədəflərə çatmaq üçün həm beynəlxalq miqyasda, həm də ölkə daxilində ardıcıl
siyasət həyata keçirirsiniz. Ölkəmizi bugünkü qələbəyə çatdıran Güclü Dövlət
Konsepsiyasının gerçəkliyə çevrilməsi bu siyasətin möhtəşəm təntənəsini nümayiş
etdirir. Bu böyük yolda ən böyük enerji qaynağı Dövlət-Xalq birliyi və
bütövlüyüdür. Vətən müharibəsində şanlı Ordumuzun dünyaya nümunə olan
qəhrəmanlığının və şanlı zəfərinin başlıca ilham mənbəyi də bu birlik və
bütövlükdür.

Sizin rəhbərliyinizlə ölkəmiz qısa müddət ərzində böyük tarixi yol qət etmiş,
möhtəşəm uğurlar qazanmışdır.
Elan etdiyiniz və uğurla davam edən iqtisadi və siyasi islahatlar tərəqqi yolu ilə
yeni zirvələrə doğru irəliləyən Azərbaycan dövlətinin daha da güclənməsi üçün
etibarlı təməl təşkil edir.
Ölkəmizdə həyata keçirilən sosial siyasət hər bir vətəndaşın həyat səviyyəsinin
yüksəlməsinə, Azərbaycanın sosial dövlət kimi mövqeyinin möhkəmlənməsinə
xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti kimi ölkəmizin siyasi, iqtisadi və mədəni
inkişafında böyük xidmətləriniz ölkəmizin hər bir vətəndaşı üçün qiymətlidir.
Hüquq eksperti İsmayıl Zalov olaraq, Sizi 60 illik yubleyiniz münasibətilə təbrik
edərək, uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.

Şərhlər

XƏBƏR LENTİ