SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Çin Karqo” şirkəti Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir

“Çin Karqo” şirkəti Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir

Tarix:

23-12-2022, 13:13

/ 230 dəfə oxundu.
“Çin Karqo” şirkəti Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir

Hörmətli cənab Prezident!
Müzəffər Ali Baş Komandanımız!
Sizin sərkərdəliyinizlə Vətən Müharibəsində şanlı zəfər qazanan xalqımızın qələbə sevinci ilə yaşadığı, qurub-yaratdığı, öz tarixinin yeni mərhələsinə qədəm qoyduğu bir şəraitdə Sizi ad gününüz münasibətilə təbrik etmək xüsusi rəmzi məna daşıyır.
2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik dəyərlərini uca tutaraq bəyan etdiyiniz böyük hədəflərə çatmaq üçün həm beynəlxalq miqyasda, həm də ölkə daxilində ardıcıl siyasət həyata keçirirsiniz. Ölkəmizi bugünkü qələbəyə çatdıran Güclü Dövlət Konsepsiyasının gerçəkliyə çevrilməsi bu siyasətin möhtəşəm təntənəsini nümayiş etdirir. Bu böyük yolda ən böyük enerji qaynağı Dövlət-Xalq birliyi və bütövlüyüdür. Vətən müharibəsində şanlı Ordumuzun dünyaya nümunə olan qəhrəmanlığının və şanlı zəfərinin başlıca ilham mənbəyi də bu birlik və
bütövlükdür.
Sizin rəhbərliyinizlə ölkəmiz qısa müddət ərzində böyük tarixi yol qət etmiş,
möhtəşəm uğurlar qazanmışdır.
Elan etdiyiniz və uğurla davam edən iqtisadi və siyasi islahatlar tərəqqi yolu ilə yeni zirvələrə doğru irəliləyən Azərbaycan dövlətinin daha da güclənməsi üçün etibarlı təməl təşkil edir.
Ölkəmizdə həyata keçirilən sosial siyasət hər bir vətəndaşın həyat səviyyəsinin yüksəlməsinə, Azərbaycanın sosial dövlət kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti kimi ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafında böyük xidmətləriniz ölkəmizin hər bir vətəndaşı üçün qiymətlidir.
Siz dövlət quruculuğunda və milli taleyimizin həllində ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasi kursun məharətli davamçısı oldunuz. Hakimiyyətiniz dövründə iqtisadiyyatımız daha da möhkəmləndi, hərbi qüdrətimiz artdı, beynəlxalq nüfuzumuz yüksəldi, ölkədə geniş quruculuq işləri görüldü.
Sizin rəhbərliyiniz altında Prezident-Ordu-Xalq birliyi yarandı. Məhz Ali Baş Komandan kimi məharətli rəhbərliyiniz və diplomatik qabiliyyətiniz sayəsində dövlətimiz 44 gün ərzində zalım düşmən üzərində parlaq Qələbə qazandı, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olundu və müvəffəqiyyətli dinc quruculuq işlərinə başlanıldı. Siyasətçinin yürütdüyü siyasət əslində onun xarakteridir. Bütün təzyiqlərə baxmayaraq milli mənafelərimizi cəsarətlə və hər bir gözlənilən riski gözə alaraq müdafiə etməyiniz, masada, sahədə, informasiya mühitində dövləti ləyaqətlə, mərdliklə təmsil etməyiniz bizlərə qürur hissi yaşatdı.
Siz təkcə Azərbaycanın deyil, bütün Türk-İslam dünyasının başını uca etdiniz. Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə xalqımıza, şəhid və qazi ailələrinə böyük himayədarlıq etdiniz.
Cənab Prezident, Sizin müvəffəqiyyətlərinizi saymaqla qurtaran deyil.
Hörmətli cənab Prezident!
Sizi doğum gününüz münasibətilə bir daha təbrik etməkdən şərəf duyduğumuzu bildirir, “Çin Karqo” şirkətinin kollektivi adından ən xoş arzularımızı çatdırıram.


Şamil Heydərov
“Çin Karqo” şirkətinin rəhbəri

Şərhlər

XƏBƏR LENTİ