SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Hüquq eksperti İsmayıl Zalov: ƏSMM nazirliyi Sahil Babayevin rəhbərliyi altında böyük uğurlara imza atıb

Hüquq eksperti İsmayıl Zalov: ƏSMM nazirliyi Sahil Babayevin rəhbərliyi altında böyük uğurlara imza atıb

Tarix:

20-12-2021, 20:10

/ 560 dəfə oxundu.
Hüquq eksperti İsmayıl Zalov: ƏSMM nazirliyi Sahil Babayevin rəhbərliyi altında böyük uğurlara imza atıb

Azərbaycanda məşğulluğun genişləndirilməsi hökumət siyasətinin ana xəttlərindən birini təşkil edir: "30 faiz artan əmək müqavilələrinin 75 faizi özəl sektorun payına düşür. Digər tərəfdən isə əmək haqqı fondu 92 faiz artıb. Orta əmək haqqı 40 faiz, median əmək haqqı 75 faiz artıb ki, bu da Azərbaycan siyasətinin fərdi, sosial inkişaf sahəsində gördüyü işlərin nəticəsidir. Məşğulluq orqanları tərəfindən 230 000-dən çox şəxs işə düzəlib, 36 min kiçik ve mikro təsərrüfat yaradılıb ki, bu da 36 min ailənin davamlı gəlir sahəsi deməkdir. Nəzərə alsaq ki, hər il 100 mindən çox gənc əmək bazarına daxil olur, onların arasında ixtisaslı işçilərin sayı o qədər də çox deyil. Bu istiqamətdə tədbirlər artırılmalı və işçi qüvvəsinin inkişafı təmin olunmalıdır".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin dekabrından yüksək texnologiyalı protezlərlə təminata başlanılıb. Vətən müharibəsində yaralanaraq aşağı və yuxarı ətraflarını itirmiş qazilərimizdən artıq 157 nəfəri 166 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.
Onlardan 144-ü aşağı ətraflarını itirmiş qazilərdir. Onlara təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. İstifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə addımlamağa, müxtəlif məkanlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
Sosial inqilab xarakterli qərarlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev hər zaman sosial məsələlərin həllinə çox böyük diqqət ayırıb. Bunu rəqəmlər də təsdiqləyir: Maaşlar təxminən 8 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Yoxsulluq təxminən 50 faizdən 4 faizə düşüb. Hazırda işsizlik 3 faiz səviyyəsindədir. Məhz əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir ki, xalqımız rahat yaşayır. Bütün bunlar ulu öndər Heydər Əliyevin ideyalarına söykənən, böyük uzaqgörənliklə həyata keçirilən siyasətin uğurlarıdır. Hər zaman sözü ilə işi bir olan dövlətimizin başçısı çıxışı zamanı demişdi: “Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”. Cari ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi, sosial sahədə də ciddi addımlar atıldı. Ekspertlər tərəfindən sosial inqilab xarakterli qərarlar adlandırılan bu fərman və sərəncamlar demək olar ki, əhalinin bütün təbəqələrini əhatə etdi. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum aylıq əməkhaqqı, pensiyalar artırıldı. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu sosial islahatlar paketi milyonlarla vətəndaşın rifahının ciddi şəkildə yaxşılaşmasına imkan yaradıb. Həmçinin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni mənzillərin təqdim olunması və şəhid ailələri ilə görüş keçirmələri dövlətimizin tərəfindən bu kateqoriyalardan olan vətəndaşlara yüksək səviyyədə diqqət və qayğının göstərildiyini bir daha təsdiq edir. Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir illər ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı artırıldı. Son bir ildə sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. 
Mən hüquq eksperti olaraq, xalqın rifahı üçün atılan bütün addımları yüksək qiymətləndirərək, başda ölkə başçısı cənab İlham Əliyevə və ƏSMM naziri Sahil Babayevə dərin təşəkkürümü bildirirəm.

Şərhlər

XƏBƏR LENTİ