XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bu il əmək müqavilələrinin sayı 161 min artıb - Sahil Babayev

Bu il əmək müqavilələrinin sayı 161 min artıb - Sahil Babayev

Bu il əmək müqavilələrinin sayı 161 min artıb - Sahil Babayev
29-12-2019, 17:48

2019-cu ildə həyata keçirilən islahatların nəticəsində ölkədə əmək müqavilələrinin sayı da 161 min müqavilə artıb. Müsbət haldır ki, onların böyük hissəsi 96 mini özəl, 65 mini isə dövlət sektorunda qeydə alınıb".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazirin sözlərinə görə, bu il ölkədə əməkhaqqı fondunun 43 faiz, median əməkhaqqının 52 faiz artması çox böyük göstəricidir. Median əməkhaqqının 52 faiz artması 800 min insanın əməkhaqqılarının 50 faizdən çox artması deməkdir. Bu, ölkədə qeyri-leqal əmək münasibətlərinin azalmasının, bu sahədə leqallaşmanın göstəricisidir, yəni kölgə iqtisadiyyatının daralmasının göstəricisidir.

S.Babayev qeyd edib ki, cari ildə qəbul edilən inqilabi qərarların və islahatların birbaşa iqtisadiyyata çox böyük dəstəyi var, 161 min əmək müqaviləsi artımı ilə həmçinin büdcəyə gələn vəsait artır, bununla da Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna əlavə vəsaitlər gəlir və nəticə olaraq bu vəsaitlərin hesabına pensiyalar artır.
Həssas kateqoriyadan olan insanların məşğulluğu üçün də mütəmadi olaraq işlər aparıldığını deyən nazir məşğulluğu təmin edilə bilməyənlər sosial təminat mexanizmləri ilə əhatə olunur.

S.Babayev həmçinin xatırladıb ki, bu il ölkədə minimum əməkhaqqıları 93 faiz artırılıb. Müxtəlif kateqoriyadan olan şəxslərin də əməkhaqqıları 50 faizdən 100 faizədək artırıldı: “Azərbaycan əmək bazarında çox ciddi bir dinamizm əmələ gəldi. Sırf bu sahəyə yönəldilən dövlət vəsaitinin məbləği milyardlarla ölçülür. Azərbaycanın dövlət büdcəsinin, təqribən, 40 faizi sosial yönümlü xərclər üçün yönəldilib, bu, artan dinamizin göstəricisidir. Qeyd edilən bu sosial islahatların davamı gələn il də gözlənilir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.