SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. - İLGİNC

Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. - İLGİNC

Tarix:

30-11-2021, 11:08

/ 558 dəfə oxundu.
Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. - İLGİNC

Noyabrın 26-27-də Avropadan Ermənistana bir sıra təyyarə reysləri təxirə salınıb.

Moderator.az xəbər verir ki, bu haqda qəsbkar ölkənin “İravunk” nəşri məlumat yayıb.

Avropa şəhərlərindən İrəvana uçmaq istəyən ermənilər və digər millətlərin nümayəndələri əllərində çamadanları ilə sadəcə olaraq çıxılmaz vəziyyətdə qalıblar. Onlar Ermənistandan məlumat alıblar ki, həmin günlərdə hökumət Avropa ölkələrindən gələcək reyslərdən Soçidə keçirilən Putin-Paşinyan-Əliyev görüşü ilə bağlı yayınıb.

“Üçtərəfli görüşlə Avropa ermənilərinin Ermənistana gəlişinin əlaqəsinə gəlincə, bunu belə izah ediblər ki, Ermənistan hakimiyyəti Soçidəki görüşdən sonra İrəvanda böyük etiraz dalğasının baş qaldıracağından və bu səbəbdən də ölkəyə çoxlu sayda diaspora ermənilərinin də gələcəyindən ehtiyat edir. Məhz həmin senarini pozmaq üçün planlaşdırılan uçuşlar pozulub”- deyə erməni qəzeti yazır.

Şərhlər

XƏBƏR LENTİ