“Putin İttifaqı”ndan Ermənistana iqtisadi ZƏRBƏ
Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan təşkilatın ticarət proqramı ilə bağlı müddəalarını yerinə yetirə bilmir.
Məlumata görə, “Jovoxurd” nəşri yazıb ki, Ermənistan siqaret ixracını ildən-ilə çoxaldır. Və məlum olub ki, tütün məmulatları Avrasiya İttifaqı ölkələrinə deyil, əsasən münaqişə olan dövlətlərə satılır.
Belə ki, İraq Ermənistan siqaretlərinin ən böyük alıcısıdır. Həmçinin məlum olub ki, Ermənistandan Suriyaya siqaret ixracı çoxalıb. Ermənistan bundan başqa Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya kimi ölkələrə də siqaret satır.
Avrasiya İttifaqına gəlincə, bu təşkilatın üzvləri olan Belarus, Qazaxıstana, Qırğızıstan Ermənistandan siqaret idxal etmək niyyətində deyil. Ona görə də, Ermənistan Avrasiya İttifaqının üzvü olsa da, bu ölkələr bazarını rəsmi Yerevan üçün qapadıb.
Məlumata görə, yalnız Rusiya bazarı erməni siqaretlərini qəbul edir, lakin ötən illə müqayisədə ixrac azalıb.
Belə ki, ötən il Ermənistan Rusiyaya 2 milyon 10 min 700 dollarlıq tütün məmulatı satıbsa, 2017-ci ildə bu rəqəm 1 milyon 75 min 600 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır