Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Rusiya və Türkiyənin məşhur simaları Azərbaycana gəlib.
DİA.AZ Olay.az-a istinadən xəbər verir ki, populyar estrada ulduzları Bakıda keçirilən dəbdəbəli toy mərasimində yer alıblar.
Həmin gecədə Rafet El Roman, Mustafa Ceceli, Polina Qaqarina, JONY (Cahid Hüseynli), ELMAN (Elman Zeynalov) çıxış edib.
Cavid Gülün aparıcısı olduğu tədbirdə Azərbaycandan olan sənətçilər də yer alıb. Belə ki, Xalq artisti Röya Ayxan, Əməkdar artist Xəyyam Nisanov gecədə çıxış edən müğənnilərdəndir.
DİA.AZ-dan zəruri qeyd:
Videodan da görünür ki, bahalı əcnəbi ulduzların iştirak etdiyi toy məclisinin "Sədərək" rəhbərinin oğluna aid edildiyi deyilir.
Olsun, Allah mübarək eləsin... Amma bu vaxta qədər "Sədərək" rəhbərliyinin adını hansısa Şəhid, Qazi ailəsinə yardım edərkən çəkildiyini eşitmədik.
Elə bu xarici ulduzlardan birini əskik gətirməklə, neçə şəhid və qazi ailəsini sevindirmək olardı.
Olmasın, bir xarici ulduz... Hər halda dünya dağılmazdı... Amma neçə Şəhid və Qazi ailəsinin dünyası üçün bu böyük önəm daşıyır...
VİDEO BURADA:
https://player.qaynarinfo.az?v=3795&share_user_id=

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...