SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Türkiyənin məşhur mükafatı Röyanın oldu

Türkiyənin məşhur mükafatı Röyanın oldu

Tarix:

11-12-2017, 16:08

/ 1 846 dəfə oxundu.
Türkiyənin məşhur mükafatı Röyanın oldu

Ötən gün Türkiyədə məşhur “Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Gecədə Azərbaycanın iki ən məşhur müğənnisi iştirak edib. "Eurovision 2011"-in qalibi Nigar Camal və Əməkdar artist Röya Ayxan "Ən parlaq ulduz" nominasiyası uğrunda mübarizəyə qatılıb.

Miri Yusifin adı siyahıda yer alsa da, o, mükafat gecəsinə qatılmayıb.

“Azərbaycanın parlaq ulduzu” nominasiyasında müğənni Röya qalib olub. Mükafatı ona aktrisa Sinem Kobal təqdim edib.

Röya "Instagram" hesabında özəl tədbirdə qalib olmağı barədə paylaşım edib: “Hər kəsi təbrik edirəm. Kimlər ki, hər zaman bəyənməyib, müzakirə edib. Onlara dərs olsun. Çox xoşbəxtəm. Mənə verdiyiniz enerjiyə görə təşəkkür edirəm”.

Şərhlər

XƏBƏR LENTİ