SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Tarix:

20-11-2021, 17:50

/ 685 dəfə oxundu.
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1763 yeni yoluxma faktı qeydə alınıb, 2 499 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Xatırladaq ki, 19 Noyabr 2021-ci il tarixində 2233 yoluxma faktı və 28 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 072 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 842, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 748 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 267 178, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 047 093, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 519 516, buster doza üzrə vaksinasiya olunanların sayı isə 700 569 təşkil edir.
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Şərhlər

XƏBƏR LENTİ