SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanda koronavirusa yoluxanların sayı 2 700-ü ötdü - 29 nəfər öldü

Azərbaycanda koronavirusa yoluxanların sayı 2 700-ü ötdü - 29 nəfər öldü

Tarix:

4-11-2021, 17:05

/ 294 dəfə oxundu.
Azərbaycanda koronavirusa yoluxanların sayı 2 700-ü ötdü - 29 nəfər öldü


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2706 yeni yoluxma faktı qeydə alınıb, 1937 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

Xatırladaq ki, 03 Noyabr 2021-ci il tarixində 2256 yoluxma faktı və 21 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 041 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 746 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 798 866, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 980 380, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 406 811 təşkil edir.

Şərhlər

XƏBƏR LENTİ