SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yoluxanların sayı açıqlandı

Yoluxanların sayı açıqlandı

Tarix:

25-11-2021, 17:21

/ 313 dəfə oxundu.
Yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1880 yeni yoluxma faktı qeydə alınıb, 1 835 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Xatırladaq ki, 24 Noyabr 2021-ci il tarixində 1924 yoluxma faktı və 23 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 720 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 447, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 128 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 396 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 063 688, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 544 439, buster doza üzrə vaksinasiya olunanların sayı isə 787 910 təşkil edir.
Yoluxanların sayı açıqlandı

Şərhlər

XƏBƏR LENTİ