SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ADAU-da rektorun BAZARKOMLUĞU... - Dekanı belə seçirlər...

ADAU-da rektorun BAZARKOMLUĞU... - Dekanı belə seçirlər...

Tarix:

8-11-2021, 11:37

/ 642 dəfə oxundu.
ADAU-da rektorun BAZARKOMLUĞU... - Dekanı belə seçirlər...


"Azərbaycan Dövlət Aqrar Universitetində əsl KOLXOZ BAZARI açıblar. Rektor İbrahim Cəfərov isə özünü əsl bazarkom kimi aparır..." DİA.AZ bildirir ki, bu sözlər redaksiyamıza bir qrup ADAU müəllimi adından ünvanlanan müraciətdə yer alıb.

Müraciətdə daha sonra deyilir: "Yaxın günlərdə ADAU Aqronomluq fakültəsinə dekan seçkiləri başa çatacaq. İbrahim Cəfərovun namizədi, daha dəqiqi, kimi bu postda görmək istədiyi məlumdur. Yenə də İsmayıl Məhərrəmova "stavka" edir.

ADAU-da rektorun BAZARKOMLUĞU... - Dekanı belə seçirlər...

İsmayıl Məhərrəmov isə Təhsil Nazirliyindən Elçin müəllim tərəfindən dəstəklənir. Elçin müəllim isə özünü hər yerdə Bəylər Əyyubovun yaxın qohumu kimi təqdim edərək, onun adından bir çox dairələrə, eləcə də ADAU rektoru İbrahim Cəfərova da təzyiqlər edir.

Əslində İbrahim Cəfərovla İsmayıl Məhərrəmovun yarıtmazlıq baxımından ortaqlıqları olduğundan da rektorun kimi dəstəkləyəcəyi gün kimi aydındır. Amma Aqronomluq fakültəsinin dekanlığına rektor tərəfindən dəstəklənən namizəd heç də müəllim kollektivinin ürəyincə deyil. Elə tələbələri danışdırsalar, onlar da narazılıq edəcək. Bu günə qədər tələbələrlər rəftar, davranış problemi yaşayan İsmayıl Məhərrəmovun hansı əxlaqi keyfiyyətlərə malik olmasını isə ayrıca olaraq qeyd etmək lazımdır".

Qeyd edək ki, dia.az olaraq ADAU müəllimlərinin müraciəti əsasında daha geniş materialı hazırlamaqdadyıq və yaxın vaxtlarda təqdim edəcəyik.

İddia olunanlarla əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ