SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Efirlərdə hakimlik, müstəntiqlik edir!" - Nərminin ölümündə Xoşqədəm günahlandırıldı

"Efirlərdə hakimlik, müstəntiqlik edir!" - Nərminin ölümündə Xoşqədəm günahlandırıldı

Tarix:

10-01-2020, 01:24

/ 2 242 dəfə oxundu.
"Efirlərdə hakimlik, müstəntiqlik edir!" - Nərminin ölümündə Xoşqədəm günahlandırıldı

"Verilişi efirdən yığışdırılsın!"...
Təhsil eksperti Elçin Əfəndi 10 yaşlı Nərminin yandırılmasında teleaparıcı Xoşqədəm Hidayətqızını günahlandırıb.

O, bu barədə fikirlərini sosial şəbəkədə bölüşüb:

"Nərminin öldürülməsində Xoşqədəm Hidayətqızı da günahkardır. İndi ağlayıb maskalanmaq lazım deyil. Əgər efirə çıxarılmasaydı, bu mövzu ilə birbaşa hüquq-mühafizə orqanları məşğul olsaydı, daha doğru olardı. Amma Xoşqədəm hər gün efirdən bu mövzunu işıqlandırıb özünə reytinq yığırdı. Xoşqədəm axırda da deyir, mən bilirdim ki, Nərmin həyatda deyil, amma yenə də ümid edirdim. Sual yaranır: Haradan bilirdin? Axı istintaq deyir ki, mərhum 5 gün əvvələdək sağ imiş. Efirlərdən bu və bu kimi verilişlər yığışdırılmalıdır".

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Prezident təqaüdçüsü Emil Rasimoğlu da oxşar fikirlər səsləndirib:

“Düşünürəm ki, efirlərdən cəmiyyət hadisələrinin araşdırılmasını əks etdirən verlişlər birbaşa olaraq bağlanmalıdır! Xüsusən də Xoşqədəm Hidayətqızının, Zaur Bəxşəliyevin, Amil Xəlilin, Elgiz Əkbərin aparıcısı olduğu "Səni axtarıram", "BizimləSən" "Gəl dərdini danış", "Elgizlə izlə" verilişləri. Biz suveren ölkədə yaşayırıq və bu kimi məsələlərlə məşğul olan güc nazirliklərimiz, bu məsələlərə dair aidiyatı orqanlarımız var. Aidiyyatı orqanlar qalıb bir kənara, telekanalların qapısı olub məhkəmə, polis qapısı. Üç-beş hüquqşünası, eksperti başına yığıb jurnalistlər efirlərdə hakimlik, müstəntiqlik edir!”

yenisabah.az
"Efirlərdə hakimlik, müstəntiqlik edir!" - Nərminin ölümündə Xoşqədəm günahlandırıldı

Şərhlər

XƏBƏR LENTİ