XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia

Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia

Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
15-12-2019, 06:02

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qaynanasının adına olan torpaq sahəsini gizli olaraq satışa çıxarıldığı deyilir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə buna səbəb kimi yaxın günlərdə M. Məmmədovun vəzifədən uzaqlaşdırılacağı barədə məlumat almasıdır.

Məlumata görə Tərtər rayon İcra Hakimiyyətinin başçısının rayonun Şırarx kəndində qaynanası Səkinə Vəliyevanın adına 80 yaşlı Vəliyeva Səkinənın adına 150 hektar torpaq rəsmiləşdirib. Bundan əlavə rayonun Çaylı kəndində də İcra başçısına aid on hektarlarla torpaq sahəsinin olduğu iddia olunur.

Qeyd edək ki, bu ilin fevral ayında dövlətdən Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx və Çaylı kəndindəki buğda və çəltik sahələrinə dövlətdən 20 minə yaxın subsidiya alıb.

Tərtər rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirmədi./teref.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.