SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Səfər Mehdiyevin erası başa çatır - DGK ləğv edilir.. İDDİA

Səfər Mehdiyevin erası başa çatır - DGK ləğv edilir.. İDDİA

Tarix:

14-10-2019, 10:55

/ 1 304 dəfə oxundu.
Səfər Mehdiyevin erası başa çatır - DGK ləğv edilir.. İDDİA

Əldə etdiyimiz məlumata görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin erası başa çatır.
Yeni təyin olunmuş Baş nazir Əli Əsədovun yeni radikal islahatlara gedəcəyi şübhəsizdir. Bunun anosnunu Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi, deputat Siyavuş Novruzovdan eşitdik. Siyavuş Novruzov parlamentin plenar iclasında çıxışı zamanı Əli Əsədovun Baş nazir təyin olunmasından sonra islahatların sürətlənəcəyini bəyan etdi.
Mənbənuin dediyinə görə ilk olaraq ən çox şikayət edilən Dövlət Gömrük Komitəsi olduğundan islahatlar ordan başlayacaq.
Gündəmdə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyinin birləşdirilməsi məsələsi durur.
Mənbənin teref.az-a dediyinə görə, əvvəl ƏDV-nin (Əlavə Dəyər Vergisi) toplanmasının Gömrük Komitəsindən alınaraq Vergilər Nazirliyinə veriləcəyi, bu qərardan bir müddət sonra Gömrük Komitəsinin ayrıca qurum kimi ləğv edilib Vergilər Nazirliyinə birləşdiriləcəyi gözlənilir. Bunu mediada gedən xəbərlərdə təsdiq edir.
Mənbə iddia edir ki, heç də uzaq olmayan keçmişimizə nəzər salsaq görərik ki,nazirlik və dövlət qurumları dərhal ləğv edilmir, əvvəl səlahiyyətləri alınır və sonra isə ləğv edilir və ya başqa nazirliyə birləşdirilir.
Birləşmənin əsas məqsədi isə DGK-ni sağlamlaşdırmaqdır ki, orda kök atmış oliqarx məmurları bir dəfələlik təmizləsinlər.
Axır vaxtlar mətbuata xaricdə qurduqları sızdırılan DGK-nin rəhbər vəzifələrində oturan oliqarx məmurlarların yüz milyonlarla ölçülən sərvətləri haqqında məlumatlar hakimiyyətin nəzərindən qaçmayıb.
Cəmiyyətdə DGK-nə qarşı şikayətlərin sürətlə artdığını, DGK-nin sədri dəyişdirilərkən onun aparacağı köklü islahatlara olan ümidlərin doğrulmadığını nəzərə alsaq bu heçdə gözlənilməz addım olmayacaq!

Teref.az

Şərhlər

XƏBƏR LENTİ