SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ''Akula Akif''in ''sağ əli'' hansı general və məmurun adı ilə pulları mənimsədi? - FAKTLAR VƏ FOTOLAR

''Akula Akif''in ''sağ əli'' hansı general və məmurun adı ilə pulları mənimsədi? - FAKTLAR VƏ FOTOLAR

Tarix:

16-11-2016, 21:08

/ 2 031 dəfə oxundu.
''Akula Akif''in ''sağ əli'' hansı general və məmurun adı ilə pulları mənimsədi? - FAKTLAR VƏ FOTOLAR

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” kimi tanınan Akif Mustafayev ''sağ əli'' kimi tanınan Aydəm İsmayılov barədə Criminal.az saytına ilginc məlumat daxil olub. "EURO TİKİNTİ" MTK-nın sədri Nəsimi Sadıqov açıqladığı məlumatda A.İsmayılovun yüksək vəzifəli dövlət məmurları, generalların adından istifadə edərək külli miqdarda pulu mənimsədiyi iddia olunur.

''Akula Akif'' və Çovdarov Akif

İş adamı, MTK sədri N.Sadıqov dövlət başçısı İlham Əliyevə ünvanladığı müraciətin bir nüsxəsini saytımıza göndərib. Həmin müraciətdə A.İsmayılovun əməlləri faktlarla göstərilir:

''2010 cu ilin avqust ayında Bakı şəhəri Heydər Əliyev Prospekti 105, 195-ci məhəllədə 12 mərtəbəli binanın tikintisinə başladım. Aydəm İsmayılov bildirdi ki, Heydər Əliyev prospektində yuxarının razılığı olmadan heç kəs tikinti tikə bilməz. Aydəm İsmayılov bizdən tələb etdi ki, Mənzil Tikinti Kooperativinin 10 faizini prezidentin mətbuat katibi Azər müəllimə, (Aydəmin dediyinə görə) 20 faizini isə özü ilə prezidentin Mühafizə İdarəsində hörmətli generalına verilməlidir. Aydəmin dediyinə görə həmin şəxslər dövlət adamları olduğu üçün şirkət payları onların adına olmaz və onların şəxsi nümayəndəsi kimi şirkətin 30 faizini onun öz adına, yəni Aydəmin adına sənədləşməsini bizdən tələb etdi.

Bizdə 30 faizi onun adına verdik. Ancaq Aydəm İsmayılov bir manatda həmin tikinti ilə bağlı pul qoymadı. Aydəm İsmayılov mənə şəxsiyyət vəsiqəlrini göndərdi ki, həmin generalın tapşırığıdı 2 mənzili yaz ver. Mən də sahəsi 124 kv.m və 109 kv.m olan 3 otaqlı 2 ədəd mənzili yazıb verdim. Sonra isə dedi ki, Azər müəllimə pul lazımdır, həmin 30 faizə düşən mənzillərdən sat pul göndər. Məndə bir dəfə təxminən 90000 manat, bir dəfə də təxminən 63000 manatı ona göndərdim''.

Aydəm İsmayılov

Müraciətdə deyilir ki, hər dəfə Aydəm İsmayılova etiraz etdikdə ''Akula Akif''lə hədə-qorxu gəlirdi: ''Söyləyirdi ki, Akula Akifə deyən kimi səni aparıb MTN-nin padvalına salacaqlar, onda ağlın başına gələcək. Aydəmin Akula Akiflə dost olduğunu və eləcə də onunla şərik olduğunu bilirdim. Bizim tikinti olan ünvana ZAZ MTK təsis edilmişdi. Həmin MTK-nın təsisçiləri Aydəmin dostu AKULA Akif ləqəbli Akif Mustafayev, Aydəmin qardaşı İsmayılov Azər və mühasibi Həsən Bayramovdur. Aydəm Akula Akiflə və digər şəxslərlə hədə-qorxu gələrək mənə bildirdilər ki, ''ağıllı ol get sənədləri yaz gətir yoxsa MTN-də çürüyəcəksən''. 2016-cı ilin iyun ayında bəlli olub ki, Aydəm 2014 -cü ilin noyabr ayına, yəni 2 il geriyə saxta protokol yazıb məni sədirlikdən çıxarıblar.

Maraqlısı odur ki, protokolu 2 il sonra 2016 cı ilin mayında vergilər idarəsinə veriblər, eləcədə protokola MTK-nin təsisçisi Rüstəmov Turan qol çəkməyib, digər təsisçı Rüstəmov Ələmdara isə 2016-cı ildə xəbəri olmadan əvvəllər saxtakarlığa görə məhkumluğu olan Həsən Bayramova qol çəkdiriblər. Digər saxtakarlıq isə Aydəm həmin saxta protokolu Bakı şəhər Vergilər idarəsinə təqdim etməsidir. Qanunla Vergilər Nazirliyinin Qeydiyat İdarəsi protokolu möhürsüz qəbul etməməlidir və ya imzalar notariusda təsdiq edilməlidir. Qeydiyat üçün vergilər idarəsinə qeydiyat üçün veriləndə sədr və təsisçi kimi mənim və digər təsisçinin imzası və möhür saxtalaşdırılmışdır''.

Mühasib Bayram Həsənov

N.Sadıqov müraciətində daha sonra yazır ki, 2016-cı ilin oktyabr ayında "EURO TİKİNTİ" MTK-in ümumi yığıncağını çağırıb və A.İsmayılovun qanunsuzluqlarını müzakirə edib, öz sədriyini təsdiqləyərək protokollaşıb: ''Mən qanunu protokolu Vergilər Nazirliyinin Bakı şəhər hüquqi şəxslərin qeydiyyat idarəsinə təqdim edən zaman, sənədi qəbul edən adını söyləməkdən imtina edən bir xanım mənim qanunu, imzalı və möhürlü protokolu qəbul etməkdən imtina etdi. Mən orda olduğum zaman yarım saat sonra Aydəm İsmayılov ora gəldi.

Xanım mənə söylədi ki, onu rəis çağırır. Xanım rəisin yanından gələndən sonra imtina etdi və başladı mənim üzərimə qışqıraraq, şərləməyə və təhqir etməyə. Mən bundan sonra 195 zəng edərək şikayət etdim və ondan sonra mənim sənədlərimi qəbul etdilər. Onuda bildirmək istəyirəm ki, həmin xanım saxta möhürsüz, imzalar notariusda təsdiq edilmədən qəbul etmiş, Aydəm İsmayılov çıxarışı aldıqdan sonra möhür almış və sonradan həmin xanım vasitəsi ilə saxta protokola köhnə tarixə möhür vurmuşdur.

Möhürün düzəlmə tarixi 2016 cı ildir protokol 2014 cü il, buda saxtakarlığı sübut edir. Saxta yolla sədr keçdikdən sonra sahibi olduğu Azərbaycan Beynəlxalq Mühafizə Xidməti MMC mühafizəçilərin gücündən istifadə edərək MTK-nin binasını ələ keçirərək mənim ora girişimi qadağan edib. Bu həmin mühafizə şirkətidir ki, ora rüşvətlə işçi götürürlər, pulla vəsiqələr verirlər, pulla insanları aldadaraq qanunsuz rütbələr verirlər''.

MTK sədri qeyd edib ki, ''Akula Akif'' ölkədən qaçandan sonra A.ismayılovun dostları və şəriki onu öz cinayətlərinə ortaq etməlk istəyiblər: ''Mənə bildirdilər ki, evlərı 2-ci və 3-cü dəfə digər şəxslərin adlarına sənədləşdirim, lakin bundan imtina etdim. Aydəm İsmayılov protokolu, imzaları və möhürü saxtalaşdırdıqdan sonra MTK-ya sədr keçdikdən sonra həmin binanın birinci mərtəbəsində olan qeyri-yaşayış sahəsindən təxminən 42 kv.m 96000 ABŞ dollarına satıb və heç bir mədaxil orderi verməyib, mühasibat uçotu aparmayıb, vergidən gizlədərək mənimsəyib.

Eləcədə ciddi blankları saxtalaşdıraraq, yəni ciddi blankın nüsxəsini kopiyalıyaraq eyni nömrədə saxtalaşdıraraq vətəndaşlara verib və pul qəbul edib. Həmin binanın tikintisinə Aydəm bir qəpikdə pul xərcləmiyib. Sadəcə olaraq MTN xofundan istifadə edərək Akula Akif vasitəsi ilə mənim əmlakımı mənimsəyiblər. Sadəcə olaraq Aydəm nüfuzlu generallarımızın adından və Azər müəllimin adından istifadə edib mənə hədə-qorxu gəlirlər. İndi aldandığımı başa düşürəm və inanmıram ki, Aydəmin bu işlərindən həmin generalların xəbəri var.

Cənab Prezident, hal-hazırda da Aydəm İsmayılov mənə gecə 12 də dəfələrlə zəng edərək narahat edir, ölümlə və həbs etdirməklə hədə-qorxu gəlir. Əziyətlə Türkiyədə, Rusiyada pul qazanib və kredit götürüb tikinti işi qurub 630 000 manat vergi vermişəm. Bu şikayət məktubunu sizə yazmaqla öz olüm hökmümü verdiyimi yaxşı bilirəm. Onlar məni və ailəmi ölümlə hədələyirlər. Mənim də vəzifədə nə işləyən qohumum nə dayım var. Sadə vətəndaş, bir sahibkar kimi Cənab Prezident sizə güvənirəm. Xahiş edirəm bu cinayətkar dəstədən məni qoruyasınız və mənim əmlakımın geri qaytarılmasına köməklik edəsiniz''.

Criminal.az

Şərhlər

XƏBƏR LENTİ