SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıdan dünyaya sülh çağırışı

Bakıdan dünyaya sülh çağırışı

Tarix:

25-04-2024, 10:50

/ 614 dəfə oxundu.
Bakıdan dünyaya sülh çağırışı

 
Aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev bu gün dünyanı, xüsusən bölgəmizi narahat edən bir sıra məsələlərlə bağlı Azərbaycanın mövqeyini bildirdi. Təxminən 4 saata yaxın davam edən çıxışında Azərbaycan Prezidenti növbəti dəfə beynəlxalq ictimaiyyətə regiondakı vəziyyət və dünyada baş verən proseslərin regiona təsirləri barədə dolğun məlumatlar verdi.
Azərbaycanın qazandığı uğurlar bütün dünyanı heyrətləndirir, bu nailiyyətlərin əsasında duran amillər geniş təhlil olunur. Azərbaycanın keçdiyi inkişaf yolu, beynəlxalq aləmdə qazandığı nüfuz, yürütdüyü müstəqil xarici siyasət, ədalətli mövqeyi bir çoxları üçün nümunədir. Təqdirəlayiqdir ki, ölkənin iqtisadi müstəqilliyi sadalanan uğurlara aparan yolun əsasını təmin edib.
Ötən illər ərzində Azərbaycan dövləti neft gəlirlərindən rasional istifadə etməklə davamlı iqtisadiyyat qurmağı bacarıb. Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib. Ölkədə dayanıqlı inkişaf əldə olunub. Zamanında atılan dəqiq addımların nəticəsi olaraq bu gün Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərə bilir.
İqtisadi sahədə əldə edilən uğurlar digər sahələrdə inkişafa müsbət təsirlərini göstərə bilib. Azərbaycan öz hərbi-siyasi gücü hesabına uzun illər işğal altında olan torpaqlarını azad edib və ədaləti öz gücü ilə bərpa edib. Hazırda gündəlikdə duran əsas məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır və təqdirəlayiq haldır ki, bu istiqamətdə baza prinsiplərinin razılaşdırılması tam real görünür.
Azərbaycanın qazandığı uğurları heç bir halda qəbul etmık istəməyən qüvvələr hazırda ölkəmizə qarşı qərəzli mövqe tuturlar. Bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumların şahidi oluruq. Həmin ölkələr faktiki olaraq Azərbaycana qarşı soyuq müharibə aparırlar. Təbii ki, Azərbaycan dövləti təhdidləri görür və cavab tədbirləri də gecikmir. Bu isə aydın şəkildə göstərir ki, heç bir qüvvə Azərbaycanla təzyiq dilində danışa bilməz.
Bu gün Azərbaycan regionun lider dövləti kimi həm regional, həm də qlobal problemlərin həllinə öz töhfəsini verir. COP29-un Azərbaycanda keçirilməsi də aparılan sistemli fəaliyyətin nəticəsidir. Azərbaycan dünyanın yaşıl gündəliyini aktiv təşviq edən ölkələrdən birinə çevrilib. COP29 təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək baxımından Azərbaycan üçün xüsusi imkanlar yaradır. Bu tədbir, eyni zamanda, region dövlətlərinin birgə əməkdaşlığının qurulması və inkişaf etdirilməsi üçün unikal fürsət olacaq.

 Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

Şərhlər

XƏBƏR LENTİ