SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Tarix:

25-04-2024, 09:46

/ 210 dəfə oxundu.
Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

"16.04.2024 cü il tarixində 15 günlük xidmətimizi başa vurub evə qayıdan zaman iş yoldaşımız Eminov Valeh Seyfulla oğlu gəmidən düşməmiş dərhal Təhlükəsizlik idarəsinə çağırdılar orada ona "sən neçə ildir dənizdə işləyirsən, bundan sonra səni quru komandasına köçürürük... ya qəbul edirsən, ya da 1 ay müddətində işə gəlməsən, isdən azad olunursan..." deyiblər". Dia-az.info bildirir ki, bunu öz etirazlarlarında neftçilər qeyd edirlər.

Müraciətdə daha sonra bildirilir: "İş yoldaşımız nə qədər işini dəyişmək istəməsə də, idarədə olan rəislər onu məcbur ediblər ki, yerdəyişmə barədə imza etsin... Bir neçə rəisin basqısı altında qalaraq 15 gün ağır iş rejimində isləyərək yorğun olan iş yoldaşımız istəmədən imza edib. Bizim iş yoldaşımız xidmətində nümunəvi və rəislərin göstərişini dəqiq və vaxtinda yerinə yetirib... Xahiş edirik, bu haqsızlığa susmayasınız..."

Dia-az.info bildirir ki, son günlər Neft Dşlarında çalışan işçilərə qarşı müxtəlif yollarla təzyiqlər edilir. Onlar gah qanunsuz imtahanlar, gah da müxtəlif təzyiqlər hesabına yerdəyişməyə vadar edilir ki, bu da haqlı olaraq narazılıqla müşaiyət olunur.

Məsələ diqqətimizdədir... 

Şərhlər

XƏBƏR LENTİ