XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Eldar Mahmudovun çetesi hələ də iş başında...

Eldar Mahmudovun çetesi hələ də iş başında...

Eldar Mahmudovun çetesi hələ də iş başında...
2-05-2017, 11:31

Yasamal rayonunda yaşıllıqların məhv edilməsinə görə prezidentin qəzəbinə gəlmiş tikinti şirkətinin sədri həbs edildi. Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində “Böyük Plaza” yaşayış və ticarət mərkəzini tikən “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin sədri Azər İsmayılovun barəsində Xətai Rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Həmin tikintinin sahibi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “MTN işi” çərçivəsində axtarışda olan “Akula Akif”dir. Akif Mustafayev Bakıdan bir gecənin içində qaçandan sonra onun buradakı işlərini Aydəm İsmayılov idarə edib. Həbs edilən sədr Azər İsmayılov isə Aydəm İsmayılovun qardaşıdır. A.İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova isə həmin MTK-nın direktorudur.
Onun adı əvvəllər də mətbuatın gündəmində olub.
Mətbuatda Aydəm İsmayılovun başqa bir tikinti şirkətinin əmlakını ələ keçirmək üçün “ZAZ” MTK təsis etdiyi yazılmışdı. Həmin MTK-nın təsisçiləri onun dostu “Akula Akif”, həbs edilən qardaşı Azər İsmayılov və mühasibi Həsən Bayramov idi. “Böyük Plaza” yaşayış və ticarət mərkəzini tikən “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin də təsisçiləri eyni şəxslərdir.
A.İsmayılovun qardaşının qəzəbə tuş olmasının səbəbi isə Bakıdakı məşhur “Ovçular evi”nin ətrafındakı çoxillik ağacların vəhşicəsinə qırılması, traktorun qarşısına verilərək sındırılması, tırtıllarının altında məhv edilməsi olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərmiş, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib. Yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi başlanıb.
Bu məlumatlar bir gerçəyi də üzə çıxarıb. Eldar Mahmudov 2 il əvvəl vəzifəsindən qovulsa da, onun xeyli kadrı hələ də iş başındadır. Sabiq nazir 2-ci, 3-cü şəxslər vasitəsilə özünün işlərini gördürə, istədiyi nəticələri əldə edə bilər. Eldar Mahmudovun adamları Bakının mərkəzində “yaşıl soyqırım” törədə bilirlərsə və aidiyyəti qurumlar prezidentin müdaxiləsi olmadan onun qarşısına çıxmırlarsa, deməli, sabiq nazir hələ də “ayaqdadır”.

musavat.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.