XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » “Tender kralı” Vidadi Zeynalova verdiyi sözü tutdu - İddia

“Tender kralı” Vidadi Zeynalova verdiyi sözü tutdu - İddia

“Tender kralı” Vidadi Zeynalova verdiyi sözü tutdu - İddia
10-11-2017, 11:31

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun 13 illik həbs müddəti apelyasiya məhkəməsi tərəfindən 4 ilə endirilib

Bundan başqa Vidadi Zeynalovun bəzi əmlaklarının üzərinə qoyulmuş həbs də götürülüb.

Bu barədə vəkil Gülşən Salmanova məlumat verib. Vəkil qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarında təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlakların üzərindən həbs götürülüb və müsadirə dayandırılıb: "2009-cu ildən sonrakı illərdə əldə olunan əmlakların üzərinə qoyulmuş həbs isə götürülməyib".
Məlumata görə, Vidadi Zeynalov gələn ilin may ayına kimi həbsdən azad oluna bilər. Ehtimal olunur ki, onun 4 illik həbs cəzası digər şərti cəzalarla əvəzlənəcək.
Saytın əldə etdiyi digər məlumata görə, Vidadi Zeynalovun həbs müddətinin 13 ildən 4 ilə endirilməsində müstəsna xidmətləri olanlardan biri də mediada "tender kralı" kimi tanınan hacı Ramazan Mirzəyev olub. Hələ bir müddət öncə Ramazan Mirzəyevin Vidadi Zeynalovun həbsdən azad edilməsi üçün müxtəlif dairələrlə əlaqəyə keçdiyi, hətta bu iş üçün 30 milyon dollar ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı. Qeyd edək ki, hacı Ramazan Mirzəyevlə Vidadi Zeynalovun şərikli biznesləri olub. Həbs müddətində bu bizneslərin müəyyən hissəsi itirilsə də, hazırda da hər iki şəxsin müştərək layihələri var.
Hacı Ramazan Mirzəyevin adı bundan öncə də "2 milyonluq ev alması" ilə gündəmə gəlmişdi. Belə ki, Vidadi Zeynalovun dövlətə vurduğu 7 milyon 330 min 536 manat ziyanın ödənilməsi üçün evini 2 milyon manata satması barədə ölkə mətbuatında ilginc iddalar ortaya atılmışıdı. Həmin iddialarda qeyd edilirdi ki, "Vidadi Zeynalovun ailəsinə yaxın olan mötəbər mənbənin mediaya ötürdüyü məlumata görə, keçmiş aparat rəhbərinin evini, ortağı Ramazan Mirzəyev alıb. Məlumatlı şəxs bildirir ki, Ramazan Mirzəyv həmin evə sahiblənmək üçün yox, sadəcə ortağına kömək göstərmək üçün bu addımı atıb. 2 milyon manata "satılan ev” yenə də Vidadi Zeynalovun ailəsinə məxsus olaraq qalacaq.
Xatırladaq ki, hacı Ramazan Mirzəyev "Məmmədoğulları" MMC ilə bərabər, bir çox şirkətlərin sahibidir. Uzun illərdən bəri Bakı Şəhər İcra hakimiyyətinin və digər dövlət maliyyəli strukturların milyonluq tenderlərinin qalibi olan Ramazan Mirzəyevin Türkiyədə dəyəri yüz milyon dollar həcmində olan biznes şəbəkəsinin olduğu deyilir. Onun Türkiyədəki biznesinə isə oğlu Nicat Mirzəyev rəhbərlik edir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.