XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Vidadi Zeynalov azadlığa çıxacaq - GƏLİŞMƏ

Vidadi Zeynalov azadlığa çıxacaq - GƏLİŞMƏ

Vidadi Zeynalov azadlığa çıxacaq - GƏLİŞMƏ
8-11-2017, 13:06

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov yaxın iki ay ərzində azadlığa çıxacaq.
Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Vidadi Zeynalov azadlığa çıxması üçün Ali Məhkəməyə müraciət edəcək. Bu prosedurdan sonra, yaxın iki ay ərzində azadlığa çıxacaq.

Hüquqşünas Mehman Muradlı açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsi yekun qərarını verib:

"Bundan sonra iş Ali Məhkəməyə gedərsə, Vidadi Zeynalovun azadlığa şərti cəza ilə çıxması mümkündür. Mən bildiyim qədər o, dövlətə vurduğu zərəri ödəyib. Cinayət qanunvericiliyi də onun həbs cəzasının şərti cəza ilə əvəzlənməsinə yol verir”.

Qeyd edək ki, artıq dünən Bakı Apellyasiya Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun cəzası 4 ilə endirilib. Vidadi Zeynalova verilən 4 il cəzasının istintaq müddətində iki ilini çəkib. Bununla belə, Bakı Apellyasiya Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə onların müsadirə olunan əmlaklarını yenidən özlərinə qaytarıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.