SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Yevlaxda 12 otaqlı evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Yevlaxda 12 otaqlı evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Tarix:

21-06-2025, 09:04

/ 88 dəfə oxundu.
Yevlaxda 12 otaqlı evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Yevlaxda 12 otaqlı evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Yevlax şəhərində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 12 otaqlı evin 7 otağının yanar konstruksiyaları 200 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan dam örtüyünün taxta atmaları 7 m² sahədə qarsalanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

XƏBƏR LENTİ