XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Bakıda binada yanğın: 8 sakin təxliyə edildi

Bakıda binada yanğın: 8 sakin təxliyə edildi

Bakıda binada yanğın: 8 sakin təxliyə edildi
18-06-2023, 16:20

 Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 90 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, mətbəxində 1 ədəd aspirator və mətbəx mebeli 3 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yüksək temperaturdan dəhlizin və mətbəxin lambirdən ibarət tavan 15 m² sahədə qarsalanıb.

Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.