SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Qazaxıstanın qərbində neft quyusu yanır

Qazaxıstanın qərbində neft quyusu yanır

Tarix:

7-03-2025, 10:18

/ 128 dəfə oxundu.
Qazaxıstanın qərbində neft quyusu yanır

Qazaxıstanın qərbində neft quyusu yanır

Qazaxıstanın Atırau vilayətində neft quyusu yanır.
Bu barədə Qazaxıstan KİV-i “Embamunayqaz” SC-nin (EMG) mətbuat xidmətinə istinadən məlumat yayıb.
"2025-ci il martın 6-da "Jılıoymunayqaz" Neft-qazçıxarma idarəsinin “Qərbi Prorva” yatağının 437 saylı quyusunda perforasiyadan sonra nasos-kompressor borusunun endirilməsi zamanı qaz təzahürü baş verib və bu, nasos-kompressor borusunun atılmasına səbəb olub", - məlumatda qeyd edilib.
Bildirilir ki, ölən və xəsarət alan yoxdur.
Qeyd olunub ki, EMG-nin operativ qərargahı təcili tədbirlər görüb, quyu ətrafındakı ərazi mühasirəyə alınıb, bərpa işləri aparılır.

Şərhlər

XƏBƏR LENTİ