KİV: Ukrayna Baş Kəşfiyyat İdarəsinin xakerləri iki Rusiya bankının saytına kiberhücum həyata keçirib

“Rosselxozbank” və “Moskva Kredit Bankı” xaker hücumuna məruz qalıb. Hücumları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) kibermütəxəssisləri həyata keçirib.
Bu barədə "RBC-Ukrayna"ya xüsusi xidmət orqanlarındakı mənbələr bildiriblər.
Məlumata görə, saytların işi pozulub, onlayn bank xidmətlərinə çıxış yoxdur, mobil proqramlar işləmir.
Eyni zamanda bankların texniki xidmətləri hələlik servislərin stabil fəaliyyətinin nə vaxt bərpa olunacağını təxmini müəyyən edə bilmir.
Mənbələr Rusiyanın maliyyə sisteminin son rusiyalı hərbçinin Ukrayna ərazisini tərk etməsinə qədər zərbələrə tab gətirəcəyini qeyd ediblər.
Bu yaxınlarda BKİ kibermütəxəssisləri Rusiyanın ən böyük banklarına, xüsusən də “Bank Russia”, “Tinkoff Bank”, “Gas Bank” və s. hücum ediblər. XalqXeber.Az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var