Blinken Bakı-İrəvan danışıqlarındakı irəliləyişi alqışlayır
ABŞ Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır, xüsusilə sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları qeyd edir.
Bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda baş tutmuş telefon danışığını şərh edən Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirilib.
M.Miller vurğulayıb ki, Blinken N.Paşinyanla söhbətində Cənubi Qafqazda davamlı və layiqli sülhün bərqərar olmasının vacibliyini təsdiqləyib.
Xatırladaq ki, daha əvvəl Ermənistan hökumətinin yaydığı məlumata görə, Blinken və Paşinyan ikitərəfli gündəliyi və Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var